Lütfi Zadənin qəbirüstü abidəsinin müəllifi tənqidlərə cavab verdi - MÜSAHİBƏ

Sentyabrın 6-da azərbaycanlı alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin vəfatının ildönümü olaraq Fəxri Xiyabanda Azərbaycan Respublikasının Xalq rəssamı, Azərbaycan və SSRİ-nin dövlət mükafatı laureatı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun sənət əsəri olan qəbirüstü abidəsinin açılış mərasimi baş tutacaq.
Abidənin açılışı ərəfəsində sosial şəbəkələrdə sənət əsəri ilə bağlı müxtəlif, xoşagəlməz fikirlər səsləndirilib.
Məhz bu səbəbdən 1news.az redaksiyası sənət əsəri ilə bağlı müəllifin fikilərini dinləmək qərarına gəldi:
- Ömər müəllim, sənət işinizin ətrafında yaranan müzakirələrlə bağlı sizə sual verək istəridim...
- Müəllif qarşısına bir neçə məqsəd qoya bilər. Müəllif qarşısına bütün qaydalara riayət edərək öhdəlik qoya bilər, lakin bununla ətrafdakıların adi baxıb, heç bir hiss oyatmayan standart heykəl yarada bilər. Lakin qeyri-adi iş çıxarmaq istəyəndə misal üçün, insanın mənəviyyatının dərinliyini ifadə edən, onun xarakterini üzə çıxaran, şəxsiyyətini vurğulayan bir iş görəndə bu, çox vaxt bir çox suallar doğurur.
Çünki Lütfi Zadə – Amerikada çalışan dahi alim, riyaziyyatçı, tarixi əhəmiyyətli açılışların müəllifidir. O, riyaziyyata başqa bir istiqamət verib. Və məndə bu faktı simvolik olaraq heykəldə göstərmək istədim. Bu, mənim birinci dərəcəli vəzifəm idi. Onun əsl obrazını diqqətə çəkərək: “Ah, necədə oxşayır” kimi fikirlərin söylənilməsini ön plana çəkmədim. İnqilabi nəzəriyyəsi ilə Lütfi Zadə riyaziyyat elmində möhtəşəm yeniliklərə imza ataraq sanki qranitdən olan qapıları açıb.
Buna görə də onun fiqurunun önünə bunu simvolizə edən xəyali qapı qoydum. Lütfi Zadə formulu ilə bu nəhəng qapıları açıb. Bu, çox qısa olsa da olduqca əhəmiyyətli formuldur. Həmin formul telefon, smanrtfon istehsal edən Yaponiya və Cənubi Koreya sahibkarlarına öz məhsulunu buraxaraq irəli getməyə imkan verdi. Başa düşürsünüz? Bunu heykəldə əks etdirməmək mümkün idi? Hər halda, bacarığım daxilində bu məqamı önə çəkdim. Düşünürəm ki, heykəlin yanından keçənlər ona biganə qalmayacaq, bu məqama diqqət yetirəcəklər.
- Maraqlıdır, heykəl üzərində nə qədər zaman sərf etmisiniz?
- Burada işin tökmə və qranit hissəsini nəzərə alaraq hardasa dörd ay vaxt sərf etdim.
- Yaradıcılıq qərarı almaq üçün sizə nə dərəcədə çətin və ya asan oldu?
- Qərar ilk olaraq müxtəlif forma olsa da, zamanla hazırki görünüşünü aldı. Nazirlər Kabinetindən olan sifarişçi vasitəsilə cənab Prezident mərhumun yeganə qohumu, rejissor Cənnət Səlimova ilə məlsəhətləşməyi tövsiyyə etdi. Mən də Cənnət xanımla məsləhətləşdim. Siz ona zəng edərək fikirlərini ala bilərsiniz.
- Maraqlıdır ki, siz neçə işlədiniz. Bəzən yaradıcılıq qərarları çətin alınır.
- Elə ilk olaraq onun obrazı formalaşdı. Qapılar təbii idi, lakin mən bu fikirdən qaçdım. Simvolik olaraq qapıları ağır edərək Lütfi Zadənin fiziki güc tətbiq edərək bunu açmasını, onun zəkasının gücünü vurğuladım. Heykəli görmüsünüz? Birinci Fəxri Xiyabana gedərək, heykələ baxın.
- Minnətdaram. Əlbəttə ki, gedəcəyəm.
P.S. Getdim, baxdım. Heykəl möhtəşəm, dinamik və maraqlıdır. İnsanda elə təəssürat yaradır ki, sanki alimin fiquru canlı enerji saçır. Fikrimcə, bu, heykəltəraşın ən yaxşı sənət əsərlərindən biridir. Çünki o, dahi alimin şəərəfinə heykəli sevgi və hörmətlə yaradıb.
Firəngiz Xancanbəyova
Tərcümə: S.Xankişiyeva