“Səs” qəzeti bağlanır - Bəhruz Quliyev açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

“Səs” qəzeti bağlanır - Bəhruz Quliyev açıqladı

13:37 - Bu gün
“Səs” qəzeti bağlanır - Bəhruz Quliyev açıqladı

“Səs” qəzeti bağlanır.

1news.az xəbər verir ki, bu barədə “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev bildirib.

O, qəzetin bağlanmasının Media Agentliyinin qəzetlərin maliyyələşməsinə dair qərarı ilə əlaqəli olduğunu bildirib.

Bəhruz Quliyevin sözlərinə Media Agentliyinin qərarını kollektivlə son dəfə edib və qəzeti bağlamağa razılaşıblar.

"Media Agentliyinin qərarını 35 İllik kollektivlə son dəfə bu tərkibdə müzakirə etdik. Bu o qəzetdir ki, Ulu Öndər Heydər Əliyev yolunda dönmədən vuruşurdu. 1990-cı illərdə daima təzyiqlərə, təhdidlərə məruz qalsa da Heydər Əliyevin ən sevdiyi qəzet kimi yolundan dönmədi. Amma bu gün məktəb yaratmış SƏS qəzeti MEDİA - nın qərarı ilə həftədə bir dəfə nəşrinə və kollektivin azaldılmasına zərurət yaranıb. Dövlətçiliyə bir ömür xidmət etmiş kollektivin yarısı ilə vidalaşmaq çox ağır və ürəkağrıdıcıdır. Təəssüf..." - deyə B.Quliyev əlavə edib.

Xatırladaq ki, Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediası subyektlərinə dəstək üçün dünən növbəti müsabiqə elan edib.

Müsabiqə elanında bildirilib ki, Agentlik tərəfindən qəzetlərin həftədə bir nömrəsinin çapına maliyyə yardımı göstəriləcək. Bu məqsədlə onlara aylıq 5000 (beş min) manat məbləğində vəsait ödəniləcək, qəzetin eyniadlı veb-saytına isə aylıq 3000 manat (əsaslı yenilənmə niyyəti ifadə edilibsə, ilk ay 5000 manat olmaqla) məbləğində maliyyə yardımı göstəriləcək.

Paylaş:
47

Son xəbərlər

Bütün xəbərlər