Musiqili Teatr beynəlxalq festivalda 3 tamaşa ilə çıxış edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Musiqili Teatr beynəlxalq festivalda 3 tamaşa ilə çıxış edəcək

16:32 - 07 / 09 / 2018
Musiqili Teatr beynəlxalq festivalda 3 tamaşa ilə çıxış edəcək

18-26 sentyabr tarixlərində Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

 Azərbaycan Dövlət Musiqili Teatrı bu dəfə belə bir mötəbər tədbirdə dahi bəstəkarın ölməz əsərlərini – “O olmasın, bu olsun”, “Arşın mal alan” və böyük Hacıbəylilər nəslinin həyatından bəhs edən “Nuri-didə Ceyhun” (Əli Əmirli) tamaşasını nümayiş etdirəcək.

“Üzeyir Hacıbəyli Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi ən böyük simalardan biridir. Müsəlman şərqində novatorluğu ilə seçilən, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi olan bu dahi şəxsiyyət adını qızıl hərflərlə tarixə yazdırıb. Onun əsərləri dünya musiqisinin incilərindən sayılır.

Hal-hazırda kollektivimiz Ü. Hacıbəyli X Beynəlxalq Musiqi Festivalına xüsusi hazırlaşıb. Festival tədbirləri çərçivəsində 3 tamaşa ilə çıxış edəcəyik. 20 sentyabr eyni zamanda teatrımızın 109-cu mövsümünün açılış günüdür. Teatrımız öz pərdələrini  "O olmasın, bu olsun” komediyası ilə açacaq.

Tamaşaçılar bu əsərdə  Xalq artisti, “Şöhrət” ordenli, milyonların sevimli gülüş ustası Afaq xanım Bəşirqızını (Sənəm) və Əməkdar artist, Prezident mükafatçısı, “Zirvə” mükafatı laureatı Şövqi Hüseynovu (Məşədi İbad) görəcəklər. Sentyabrın 22-də  saat 19:00-da "Arşın mal alan” operettası, 23-də saat 19:00-da isə “Nuri-didə Ceyhun” (Əli Əmirli) tamaşası ilə teatrsevərlərin görüşünə gələcəyik”, - deyə Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev söyləyib.

1news.az

Paylaş:
511

Son xəbərlər

Şəkidə üç yaşlı uşağı it dişləyib01 / 06 / 2024, 18:04Azərbaycana 60 kiloqram narkotik maddə gətirən iki narkokuryer saxlanılıb01 / 06 / 2024, 17:56Tovuzda çaydan kişi meyiti tapılıb01 / 06 / 2024, 17:31Cəlilabad sakini suda boğulub - YENİLƏNİB01 / 06 / 2024, 17:10Hövsanda bank kartlarını talayan şəxs saxlanılıb01 / 06 / 2024, 16:47Hərbi attaşelərin “N” hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub01 / 06 / 2024, 16:26Rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ01 / 06 / 2024, 16:09Şimşək çaxıb, leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA01 / 06 / 2024, 15:59Ötən gün itkin düşmüş kimi axtarışda olan 10 nəfər tapılıb01 / 06 / 2024, 15:20Xırdabuynuzlu heyvan oğurlayan şəxslər saxlanılıb01 / 06 / 2024, 15:07Suraxanıda mənzildə meyit tapılıb01 / 06 / 2024, 14:53Şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA01 / 06 / 2024, 14:37FHN əməliyyat görüntüsü yayıb - VİDEO01 / 06 / 2024, 14:20Azercell Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Kitab Klubu” layihəsinə başladı01 / 06 / 2024, 13:59Bakıda ağır qəza olub, üç nəfər ölüb01 / 06 / 2024, 13:55Myanma Prezidenti İlham Əliyevi təbrik edib01 / 06 / 2024, 13:34İyunun 2-də hava şəraitinin necə keçəcəyi gözlənilir?01 / 06 / 2024, 13:16Uruqvay Prezidenti dövlət başçısına təbrik məktubu göndərib01 / 06 / 2024, 13:03Vyetnam Prezidenti İlham Əliyevi təbrik edib01 / 06 / 2024, 12:39Yevlaxda 4 otaqlı evdə yanğın olub01 / 06 / 2024, 12:18
Bütün xəbərlər