Bakıda bal sərgisi keçiriləcək – TARİX
Kənd Təsərrüfatı Nazirliyi oktyabrın 5-dən 28-dək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 (“A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) ünvanında arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkasını keçirəcək.
1news.az-ın məlumatına görə, yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını şəxsiyyət vəsiqəsini təqdim etməklə sentyabrın 15-dən 30-dək yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər.
Qeyd edək ki, yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq. Yarmarkaya hazırlıq tədbirlərini səmərəli təşkil etmək məqsədi ilə arıçılıq məhsullarının anbara qəbulu iqtisadi rayonlar üzrə aşağıdakı tarixlərdə həyata keçiriləcək:
Lənkəran iqtisadi rayonu üzrə - 15-18 sentyabr
Aran iqtisadi rayonu üzrə - 19-21 sentyabr
Gəncə-Qazax iqtisadi rayonu üzrə - 22-24 sentyabr
Şəki-Zaqatala iqtisadi rayonu üzrə - 25-27 sentyabr
Quba-Xaçmaz və Abşeron iqtisadi rayonları üzrə - 28 sentyabr
Dağlıq şirvan iqtisadi rayonu üzrə - 29 sentyabr
Naxçıvan iqtisadi rayonu üzrə - 30 sentyabr
Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi rayonları üzrə - 30 sentyabr.
Eyni zamanda, şəffaflığın təmin edilməsi məqsədi ilə 2018-ci il oktyabrın 4-də yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada püşkatması keçiriləcək. Püşkatmada bütün arıçıların iştirakı arzu olunur.
Əlaqə telefonları: 1652 (Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi), (012) 498-16-38, 598-33-32.
1news.az