Cəlilabad sakinləri qorxu içində – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabad sakinləri qorxu içində – VİDEO

10:51 - 10 / 09 / 2018
Cəlilabad sakinləri qorxu içində – VİDEO

Bir müddət əvvəl Cəlilabadın Alar kəndində baş verən hadisələr Günəşli kəndində də təkrarlanmağa başlayıb.

1news.az-ın Xəzər TV-yə istinadla verdiyi xəbərə görə, kənd sakinləri deyir ki, evlərə girən şəxs və ya şəxslər bütün əşyaları darmadağın edir, istədiklərini isə oğurlayırlar. Bu halın tez -tez təkrarlanması vətəndaşları təşvişə salıb. İş o yerə çatıb ki, polis kənddə nəzarəti gücləndirib.

Bir müddət əvvəl rayonun Alar kəndində yaşanan olay indi də Günəşli kəndində baş verir. Naməlum şəxs və ya şəxslər sakinlərə məxsus fərdi evlərə girir, əşyaları darmadagın edir, istədiklərini isə oğurlayırlar. Sakinlərin dediyinə görə 15 gün olar ki, Günəşli kəndində bu hadisələr baş verir. Son bir həftə ərzində dörd nəfər kənd sakinin evində olan əşyalar yararsız hala salınıb.

Sakinlərin bildirdiyinə görə, bu halın ayrı-ayrı evlərdə təkrarlanması vətəndaşlarda təşviş yaradıb.

Hadisə ilə bağlı polisə məlumat verilib. Rayon polis şöbəsindən verilən məlumata görə müraciət daxil olan kimi polis əməkdaşları kənddə nəzarəti gücləndirib.

Hadisə ətraflı araşdırılır.

S.Xankişiyeva

 

Paylaş:
1279

Son xəbərlər

Bütün xəbərlər