Şok iddia: 8 min ərəb Bakıda QİÇS-ə yoluxub | 1news.az | Xəbərlər
Cəmiyyət

Şok iddia: 8 min ərəb Bakıda QİÇS-ə yoluxub

15:08 - 11 / 09 / 2018
Şok iddia: 8 min ərəb Bakıda QİÇS-ə yoluxub

Ali Əthab adlı ərəb blogger Azərbaycana gələn turistlərin həyat tərzi haqqında videoreportaj hazırlayıb.

1news.az-ın AzVision.az-a istinadən verdiyi xəbərə görə, onun təqdim etdiyi reportajda Bakıya gələn ərəblərin gecə həyatı, onların klublara getməsi, yüngül həyat tərzi sürən qadınlarla münasibətdə olmaları barədə məlumatlar yer alıb. İddia olunub ki, 8 min ərəb Bakıda QİÇS xəstəliyinə yoluxub.

Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə ərəb bloggerin iddialarına münasibət bildirib. O, AzVision.az-a açıqlamasında deyib ki, Ali Əthabın çəkdiklərini hər kəs digər ölkələrdə də çəkə bilər. 

“Bütün ölkələrdə gənclərin əyləncəsi, gecə klublarlarına getməsi haqqında çəkilişlər etmək olar. İnsanlar sağlamlıqlarına özləri diqqət etməlidirlər. Mənbəyi bilinməyən rəqəmlər səsləndirir, heç bir fakta əsaslanmır. Biz artıq həmin bazarlarda aktiv marketinq işlərinə başlayırıq. İşlər davam etdikcə, göydən düşmə mövzular meydana çıxacaq. Xüsusi şərhə ehtiyac yoxdur. Peşəkarlıq səviyyəsi nəyə çatıbsa, onu da ortaya qoyub”.
Azərbaycan Turizm Assosasiyasının (AzTA) sədri Nahid Bağırov isə  bildirib ki, yayılan reportaj qərəzlidir. 

“Onun 8 min ərəbin Azərbaycanda QİÇS-ə yoluxması ilə bağlı yaydığı məlumat həqiqəti əks elətdirə bilməz. Çünki bu, bir bloggerin əldə edə biləcəyi məlumat deyil”. 
N.Bağırov qeyd edib ki, reportajın hazırlanmasında məqsəd Azərbaycanın turizm potensialına ləkə yaxmaqdır. “Əsas məqsəd Azərbaycana turistlərin gəlməsinin qarşısını almaqdır. Ümumiyyətlə, ərəb turistlərə görə Azərbaycan bir çox ölkələrə rəqibdir. Ola bilsin ki, video bizə düşmən olan ölkələrin sifarişi ilə hazırlanıb. Gecə klubları, gecə həyatı hər bir ölkədə var. Belə hadisələrə, qarayaxma kampaniyalarına qarşı biz də öz təbliğatımızı aparmalıyıq və aparırıq”.

1news.az

Paylaş:
900

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər