Azərbaycanda saxta polis sürücüdən rüşvət aldı – VİDEO

Bakı-Qazax-Şəmkir magistral yolunda ağlasığmaz mənzərə yaşanır.
1news.az Avropa.info-ya istinadən xəbər verir ki, bu yola nəzarət edən 724 saylı stasionar DYP postunun 200 metrliyində mülki şəxs polis formasında sürücüləri saxlayır.
Bu "polis əməkdaşı" sürücülərdən sənədləri tələb edir, yoxlayır və yol hərəkəti qaydalarını "pozduqları" üçün pul tələb edir. Həmin şəxs özünü sürücülərə Hüseynov Cəfər Qurban oğlu kimi təqdim edir.
Sürücülərdən birinin avropa.info-ya göndərdiyi videoda polis forması geyinmiş bu şəxsin rüşvət aldığı görüntülənir.
Qeyd edək ki, sözügedən videonun zarafat məqsədilə çəkilməsi də mümkündür.
1news.az
1142