Azərbaycanda ilk Rəqəmsal Sənət Məktəbi “Azərbaijan Digital Arts School” artıq fəaliyyətə başlayıb – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda ilk Rəqəmsal Sənət Məktəbi “Azərbaijan Digital Arts School” artıq fəaliyyətə başlayıb – FOTO – VİDEO

10:45 - 11 / 09 / 2018
Azərbaycanda ilk Rəqəmsal Sənət Məktəbi “Azərbaijan Digital Arts School” artıq fəaliyyətə başlayıb – FOTO – VİDEO

Azərbaycanda ilk Rəqəmsal Sənət Məktəbi “Azərbaijan Digital Arts School (ADAS)” artıq fəaliyyətə başlayıb

Yeni yaradılan məktəbin əsas məqsədi qrafik və veb-dizayn, eləcə də kodlaşdırma sahəsini inkişaf etdirmək və standartları yüksəltməkdir. Burada dizayn işi akademik səviyyədə tədris olunur. Tədrisə həm incəsənət, həm də elmi tərəfdən yanaşılır, peşəkarlar tərəfindən aparılır.

Şirkətin təsisçisi Əli Mirzəyev, layihənin ideya müəllifləri Rəşad Qafarzadə və Elmibəy Əliyev ADAS haqqında məlumat verərkən onun artıq Azərbaycanda ilk rəqəmsal məktəb olduğunu və tələbələrin tədris olunan fənnlər üzrə peşəkar biliklərə yiyələnə biləcəklərini vurğulayırlar.

“ADAS”da dərslər ümumilikdə coder və qrafik dizayn olmaqla, iki istiqamətdə həyata keçirilir.

Dərslər əsasən qrafik dizayn - softing (Adobe Photoshop, Adobe Illustrator, Adobe InDesign, Adobe After Effects), qrafik dizaynın tarixi, illüstrasiya, sketching, motion qrafik dizayn fakültələri üzrə tədris olunur.

Veb üzrə isə Frontend (HTML, CSS, Javascript) və Backend (PHP və MySQL) tədris edilir.

Qrafik dizayn üzrə dərslər dünya üzrə aparıcı qrafik dizayn məktəblərinin tədris sistemi əsasında keçilir.

Təhsil haqqını ödədikdən sonra tələbələrə istədikləri dərsdə azad şəkildə iştirak imkanı yaradılır.

Bununla yanaşı, tipoqrafiyanın əsasları təcrübəli lektorlar tərəfindən tədris olunur. Tədris 13 yaşdan 16-də qədər və 16-dən yuxarı olmaqla 2 yaş qrupu üzrə aparılır:

Dərslərə arzu edən hər kəs yazıla bilər.

Tədris müddəti ümumilikdə 3 ildir. Bir illik kursu bitirənlərə sonda şəhadətnamə, tam 3 illik təhsil müddətini bitirən məzunlara isə sonda diplom təqdim ediləcək. Eləcə də, məktəbi yüksək nəticələrlə bitirən tələbələrin işlə təmin edilməsinə şərait yaradılacaq.

Tədris müddəti oktyabrdan iyun ayınadək davam edəcək.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108

Əlaqə nömrəsi: (012) 408-54-34

                         (050/055) 306-54-34.

https://www.facebook.com/adasium/

https://adas.az/

Reklam hüququnda

Paylaş:
1684

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər