Baker Hughes Bakı Ali Neft Məktəbilə sıx əməkdaşlıq edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Baker Hughes Bakı Ali Neft Məktəbilə sıx əməkdaşlıq edir

10:30 - 11 / 09 / 2018
Baker Hughes Bakı Ali Neft Məktəbilə sıx əməkdaşlıq edir

Bakı Ali Neft Məktəbində (BANM) dünyanın böyük neft və qaz servis şirkəti olan Baker Hughes-un Azərbaycandakı nümayəndəliyi ilə  görüş keçirilib.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, görüşdə BANM-ın rektoru Elmar Qasımov, Baker Hughes şirkətinin Azərbaycan və Gürcüstan üzrə direktoru  Qreiq Rasel Lindsay, şirkətin miqrasiya üzrə meneceri Tural Ahmad və BANM-ın əməkdaşları iştirak ediblər.

BANM-ın rektoru Elmar Qasımov Ali Məktəbin Baker Hughes-la yaranmış sıx əməkdaşlığından məmnun olduğunu bildirib. Cənab Rasel isə BANM-ın şirkətdə  3 ay yay təcrübəsi keçmiş tələbələrindən çox razı qaldığını, onların bilik və dünyagörüşünün Baker Hughes-ın standartlarına tam cavab verdiklərini qeyd edib. O həmçinin bildirib ki, şirkət BANM-dan növbəti təcrübəçiləri seçmək və onları 3 ay müddətində şirkətin işlərinə cəlb etmək və təlimlər keçmək niyyətindədir.

Rektor Elmar Qasımov Baker Hughes-un Azərbaycan və Gürcüstan üzrə direktorunu  növbəti ay Ali Məktəbin tələbələrini  motivasiya etmək üçün böyük seminar keçməyi təklif edib. Cənab Rasel isə böyük məmnuniyyətlə təklifi qəbul edib. 

Görüşdə həmçinin iki tərəfli əlaqələrin genişləndirilməsi üçün əməkdaşlığın bır sıra yeni istiqamətləri müzakirə edilib.

Qeyd edək ki, şirkət artıq neçə ildir ki BANM ilə müqavilə əsasında əməkdaşlıq edir. Baker Hughes neft və qaz sənayesində innovativ xidmətlər, məhsul və texnologiyalar üzrə ixtisaslaşmış beynəlxalq səviyyəli şirkət olaraq dünyanın 80-dən artıq ölkəsində fəaliyyət göstərir və ümumilikdə 58.000-dən çox işçiyə sahibdir. Eyni zamanda, Baker Hughes şirkəti 11 texnoloji mərkəzə malik olaraq elm və texnologiya sahələrinə ən çox investisiya yatırımı edən şirkətlər sırasındadır.

S.Xankişiyeva

 

Paylaş:
454

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər