Qadın zorlanmaqdan qaçaraq özünü üçüncü mərtəbədən atdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Qadın zorlanmaqdan qaçaraq özünü üçüncü mərtəbədən atdı

12:00 - 11 / 09 / 2018
Qadın zorlanmaqdan qaçaraq özünü üçüncü mərtəbədən atdı

Bakıda xoşagəlməz hadisə baş verib.

1news.az-ın media.az istinadla verdiyi xəbərə görə, qadın zorlanmaya məruz qaldığı üçün özünü üçüncü mərtəbədən atıb.

Verilən məlumata görə, hadisə 9 sentyabr saat 22:50-də Qaradağ rayonu, Sahil qəsəbəsində baş verib.

1972-ci il təvəllüdlü Z.Məmmədova ağır bədən xəsarətlərilə Klinik Tibb Mərkəzinə yerləşdirilib.

Araşdırmalar zamanı məlum olub ki, Seyidov küçəsi 21 ünvanında Z.Məmmədova tanışı 1991-ci il təvəllüdlü İ.Vəlizadə tərəfindən hücuma məruz qalıb. Qadın gənc tərəfindən zorlanmamaq üçün özünü pəncərədən yerə atıb.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisədə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı Qaradağ rayonunda cinayət işi başlanılıb, araşdırmalar aparılır.

S.Xankişiyeva

 

Paylaş:
599

Son xəbərlər

Bütün xəbərlər