Məhəbbət Vəliyeva: Bəzi məktəblərdə rus bölməsi bütün siniflər üzrə davamlı olmayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Məhəbbət Vəliyeva: Bəzi məktəblərdə rus bölməsi bütün siniflər üzrə davamlı olmayıb

16:49 - 12 / 09 / 2018
Məhəbbət Vəliyeva: Bəzi məktəblərdə rus bölməsi bütün siniflər üzrə davamlı olmayıb

Son illərin təhlilləri göstərir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan məktəblərdə orta və tam orta səviyyələri üzrə rus bölmələrində bəzi siniflər ümumiyyətlə fəaliyyət göstərmir.

1news.az xəbər verir ki,  bunu BŞTİ-nin müdiri vəzifəsini icra edən, təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

O bildirib ki, bəzi siniflərdə isə şagird sayı azlıq təşkil edir. M.Vəliyeva bu sahədə kadr çatışmazlığının da əlavə problemlər yaratdığını diqqətə çatdırıb:

“İlkin təhlillər bəzi məktəblərdə rus bölməsinin bütün siniflər üzrə davamlı olmadığını, sinif sayının 2-3, bəzilərində isə 8-9 olduğunu göstərib. Şagird sayının azlığına baxmayaraq, həmin məktəblərdə buraxılış imtahanlarının nəticələri kifayət qədər yaxşı olmayıb. Bu da təhsilin keyfiyyət göstəricilərinə mənfi təsir edib. Buna görə də BŞTİ son 3 ildə davamlı şəkildə 9-cu siniflərin tədrisini təmin edə bilməyən məktəblərin siniflərini yaxın ərazilərə köçürülməsi və təhsilin daha keyfiyyətli təşkil olunmasına şərait yaradıb".

Babək Cahandarov

Paylaş:
1469

Son xəbərlər

Bütün xəbərlər