Nazir: Şagirdlərin dərs yükünün azaldılması üçün ciddi addımlar atılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: Şagirdlərin dərs yükünün azaldılması üçün ciddi addımlar atılacaq

18:04 - 12 / 09 / 2018
Nazir: Şagirdlərin dərs yükünün azaldılması üçün ciddi addımlar atılacaq

Şagirdlərin dərs yükü bizi hər zaman narahat edir. Buna görə də bu il məktəbdaxili qiymətləndirmənin dəyişdrilməsi ilə bağlı kifayət qədər iş aparılıb.

1news.az xəbər verir ki,  bunu təhsil naziri Ceyhun Bayramov Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, şagirdlərin dərs yükünün yüngülləşdirilməsini nəzərdə tutan yeni məktəbədaxili qiymətləndirmə layihə Təhsil Nazirliyinin sabah keçiriləcək kollegiyasında geniş müzakirə ediləcək. Həmin sənəd əsasında xüsusilə ibtidai sinif şagirdlərinin dərs yükünün azaldılması üçün ciddi addımlar atılacaq.


C.Bayramov qeyd edib ki, son 5 il ərzində təhsildə keyfiyyətin yüksəlməsi istiqamətində müsbət dinamika olub:

“Gələn il məktəbəqədər təhsillə əhatəolma səviyyəsinin yüksəldilməsi və bunun bütün ölkə üzrə əhatə olunmasına çalışılacaq”.

Təhsil naziri onu da qeyd edib ki, məktəbə vaxtında getmək göstəricisi təhsilin əsas göstəricilərindəndir. Məktəbə məktəb yaşından gec getmək üzrə 2012-ci ildə olan 12 faizlik göstərici 2 dəfə azalaraq hazırda 6 faiz təşkil edir.

C.Bayramov növbəti tədris ilində bunu aşağı salmağın əsas hədəflərdən olduğunu da söyləyib.

Nazir əlavə edib ki, müəllim nüfuzunun artması da əsas hədəflərdəndir.

C.Bayramov bildirib ki , bu il qəbul imtahanlarında 500 baldan yuxarı toplayaran 2091 nəfər abituriyent müəllimlik ixtisasını elektron ərizəsində birinci qeyd edib. Bu, ötən tədris ili ilə müqayisədə 53,6 faiz çoxdur.

Nazir respublika üzrə bilik yarışlarında, beynəlxalq olimpiadalarda və ali məktəblərə qəbul imtahanlarında uğur qazanan şagirdlərin sayının ilbəil artdığını bildirib.

Babək Cahandarov

 

 

Paylaş:
875

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər