Azərbaycan neftinin qiyməti 80 dolları keçib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 80 dolları keçib

11:03 - 12 / 09 / 2018
Azərbaycan neftinin qiyməti 80 dolları keçib

Dünya birjalarında neftin bu günə olan qiyməti açıqlanıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,30 dollar bahalaşaraq 79,36 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,62 dollar artaraq 69,87 dollar olub.

Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,30 dollar bahalaşaraq 80,29 dollar təşkil edib.

1news.az

Paylaş:
724

Son xəbərlər

Bütün xəbərlər