Corabından 10 dənə “İphone X” çıxdı – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Corabından 10 dənə “İphone X” çıxdı – VİDEO

13:16 - 14 / 09 / 2018
Corabından 10 dənə “İphone X” çıxdı – VİDEO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qanunsuz yolla mobil telefonların gətirilməsi cəhdinin qarşısını alıblar.

DGK-dan 1news.az-a verilən məlumata görə, Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarətindən keçərkən müvafiq qaydada sorğu-sual edilib. Vətəndaş özü ilə gətirdiyi 1 ədəd televizor, 2 ədəd noutbuk və 1 ədəd mobil telefondan başqa mütləq qaydada bəyan edilməli malların olmadığını bildirib.

Lakin vətəndaşın əl yükü rentgen aparatından keçirilərkən, monitorda mobil telefon qutularının təsvirləri görünüb. Bu səbəbdən yük təkrar yoxlanılıb. Vətəndaş əl yükündə gizlətdiyiboş mobil telefon qutuları barəsində sorğu-sual edilərkən isə həmin qutuların içərisindəki telefonların Bakı şəhərində olduğunu bildirib. Daha sonra vətəndaşın üzərində şəxsi yoxlama aparılıb.

Nəticədə, həmin şəxsin corablarının içərisində sellofanlara bükülərək gömrük nəzarətindən gizlədilmiş, hər ayağında 5 ədəd olmaqla, cəmi 10 ədəd "İphone X 64 GB" markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
1160

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər