Fəxrəddin Manafovun məşhur əcnəbi bənzəri – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Fəxrəddin Manafovun məşhur əcnəbi bənzəri – FOTO

14:20 - 14 / 09 / 2018
Fəxrəddin Manafovun məşhur əcnəbi bənzəri – FOTO

Azərbaycanın Xalq artisti Fəxrəddin Manafovun əcnəbi bənzəri tapılıb.

1news.az-ın Big.az-a istinadən verdiyi xəbərə görə, bu, “Bizim hikaye” serialında əsas qəhrəmanı canlandıran Burak Dənizdir.

Aktyorların biri-birinə çox bənzəməsi diqqət çəkir. Hətta Xalq artisti ilə türkiyəli aktyorun fotokollajı belə hazırlanıb.

Məlumat üçün bildirək ki, Burak Dəniz 1991-ci ilin oktyabr ayında İstanbulda dünyaya gəlib. Sənətşünaslıq fakütləsini bitirən ulduzun aktyor kimi ilk işi “Kolej günlüğü” serialı olub.

Daha sonra o, 2012-ci ildə Nurgül Yeşilçayın əsas qəhrəmanı canlandırdığı “Sultan” teleserialında rol alıb.

Aktyora məşhurluq gətirən 2015-cı ildə rol aldığı “Medcezir” və “Küçük yalancılar” serialları olub. “Aşk laftan anlamaz” serialında əsas qəhramanı canlandıran aktyor hazırda "Bizim Hikaye" serialına çəkilir.

İddialara görə, 27 yaşlı Burak Dəniz “Bizim hikaye” serialındakı azərbaycanlı həmkarı 36 yaşlı Nəsrin Cavadzadə ilə sevgilidir.

1news.az

Paylaş:
1668

Son xəbərlər

Bütün xəbərlər