“Nar”dan 10 qəpiyə günlük internet paketi təklifi | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Nar”dan 10 qəpiyə günlük internet paketi təklifi

10:00 - 14 / 09 / 2018
“Nar”dan 10 qəpiyə günlük internet paketi təklifi

“Nar” abunəçilərinə kiçik məbləğ ödəməklə sərfəli günlük internet təklif edir.

Təklif edilən “Günü 10 qəpik” paketinə əsasən, hər gün cəmi 10 qəpik ödəməklə 30 MB internet trafiki əldə etmək mümkündür. Paketə qoşulmaq üçün “gunluk10” yazıb 777 nömrəsinə SMS göndərmək və ya *777#12#YES şifrəsini yığmaq lazımdır.

“Günlük 40 qəpik” paketi isə 40 qəpik ödəməklə 200 MB internet trafiki təklif edir. Paketə qoşulmaq üçün “gunluk40”  yazıb 777 nömrəsinə SMS göndərmək və ya *777#24#YES  kodunu yığmaq yetərlidir. Hər gün ölkədaxili dəqiqələr və MB-lar əldə etmək üçün isə “Günlük 59 qəpik” paketinə qoşulmaq olar. Paket hər gün ölkədaxili zənglər üçün 25 dəqiqə və 100 MB internet təqdim edir. Bununla da gündəlik mobil xərcləri nəzarət altında saxlamaq olar. Qoşulmaq üçün “gunluk59” yazıb 777 nömrəsinə SMS göndərmək və ya *777#59#YES  kodunu yığmaq kifayətdir.

“Nar” tarif və kampaniyaları haqqında ətraflı məlumatı isə nar.az internet səhifəsindən öyrənmək olar. 

“Nar” sərfəli qiymətə yüksək keyfiyyət prinsipinə sadiq qalaraq, bir-birindən fərqli təkliflərlə abunəçilərinin mobil rabitə tələblərini qarşılamağa davam edir. Gücləndirilmiş “Nar” şəbəkəsi sayəsində mümkün olan bu təkliflər müxtəlif kateqoriyalardan olan “Nar” abunəçilərinin istəkləri nəzərə alınaraq irəli sürülür.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Reklam hüququnda

 

 

 

 

 

Paylaş:
694

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər