Təhsil Nazirliyində kollegiya iclası keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil Nazirliyində kollegiya iclası keçirilib – FOTO

10:56 - 14 / 09 / 2018
Təhsil Nazirliyində kollegiya iclası keçirilib – FOTO

Sentyabrın 13-də Təhsil Nazirliyində kollegiya iclası keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, kollegiya üzvləri, nazirliyin struktur bölmə rəhbərləri və ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

Təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə təhsil sahəsində əldə olunan uğurlu nailiyyətlərdən danışıb, bu sahədə aparılan əsaslı islahatları diqqətə çatdırıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov “Paris Nazirlər Konfransının nəticələri və qarşıda duran əsas vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Nazir müavini çıxışında bu il mayın 23-dən 25-dək Azərbaycan nümayəndə heyətinin də qatıldığı Parisdə Avropa Ali Təhsil Məkanı Ölkələri Təhsil Nazirlərinin Konfransı və Bolonya Təhsil Siyasəti Forumunda 77 ölkədən, eləcə də 40 beynəlxalq və regional təşkilatdan ümumilikdə 550 nəfərin iştirak etdiyini vurğulayıb.

F.Qurbanov Paris Nazirlər Konfransı Bəyannaməsi və Bolonya Siyasət Forumu Bəyannaməsinin əsas müddəaları barədə məlumat verib. Nazir müavini bildirib ki, Paris Nazirlər Konfransı Bəyannaməsində diplomların tanınması üzrə Lissabon Konvensiyasının tətbiqi sahəsində problemlərin həllinin diqqətdə saxlanılacağı, “Erasmus+” proqramı, mobillik, inklüzivlik, ömürboyu təhsil, fənlərarası əməkdaşlıq, elm, təhsil və innovasiya sahəsində sinerjinin inkişafı məsələlərinin dəstəklənməsi qeyd olunur. Eyni zamanda, ali təhsilin rəqəmsal mühitdə çalışa biləcək mütəxəssis hazırlığına istiqamətləndirilməsi təşviq edilir.

Təhsil Nazirliyinin elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyevin “2018/2019-cu tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələri barədə” məruzəsi dinlənilib. Şöbə müdiri ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının statistik təhlili, son beş tədris ilində I-IV ixtisas qrupları üzrə müsabiqədə iştirak edən abituriyentlərin imtahan ballarında əhəmiyyətli artımın olması və müəllimlik peşəsinin yüksələn nüfuzu ilə bağlı geniş məlumat verib.

Kollegiya iclasında Təhsil Nazirliyinin elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Şahin Bayramov Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasındakı əməkdaşlığın vəziyyəti, əldə olunmuş uğurlar və əsas çağırışlar barədə məsələlərə toxunub.

Sonra məruzələr ətrafında çıxışlar dinlənilib, gündəlikdəki məsələlərə dair təkliflər səsləndirilib.

Təhsil naziri C.Bayramov təhsilin inkişafı ilə bağlı fikirlərini bildirib.

Kollegiya iclasında, həmçinin “Ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən bəzi qayda və əsasnamələrin müzakirəsi və təsdiqi barədə”, “2018/2019-cu tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri”, “2019/2020-ci tədris ili üzrə buraxılış imtahanları və ali təhsil müəssisələrinə tələbə qəbulunun yeni formatı” və “Ümumi təhsil müəssisələrinin reytinqinin konsepsiyası” mövzularında məruzələr dinlənilib.

1news.az

Paylaş:
469

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər