Hande Harmancı ÜST-nin Azərbaycandakı nümayəndəsi təyin edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Hande Harmancı ÜST-nin Azərbaycandakı nümayəndəsi təyin edilib

12:45 - 14 / 09 / 2018
Hande Harmancı ÜST-nin Azərbaycandakı nümayəndəsi təyin edilib

Dr. Hande Harmancı (Türkiyə) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı yeni nümayəndəsi təyin edilib.

1news.az xəbər verir ki,  “BMT Qadın Liderlər” proqramının məzunu olan Dr. Hande Harmancı, qlobal və milli səviyyələrdə 28 illik tibb universiteti müəllimliyi və tədqiqatçı təcrübəsinə malik ictimai səhiyyə mütəxəssidir.

O, Azərbaycana təyinatından öncə 13 il ərzində ÜST-ün müxtəlif bölümlərində fəaliyyət göstərib. ÜST-nin baş qərargahında tibb təhsili üzrə xüsusi məsləhətçi kimi səhiyyə sahəsində tədris proqramlarının hazırlanmasına məsul olub. 2009-cu ildə dünyada H1N1 epidemiyası yayılan zaman Qlobal Qrip Proqramı çərçivəsində hazırlıq, informasiya və təlim komandasının rəhbəri vəzifəsində çalışıb. 2011-2018-ci illər ərzində Qlobal Hepatit Proqramı çərçivəsində fəaliyyət göstərib.Proqramın əsas təsisçilərindən biri kimi öz səylərini geniş yayılan hepatitin aradan qaldırılması üzrə qlobal strategiyaya yönləndirib, ölkələrə qlobal məqsədlərə nail olmaqda dəstək göstərib və ÜST-ün hepatit üzrə Əməkdaşlıq Mərkəzlərinin fəaliyyətini əlaqələndirib.

ÜST-yə qoşulmazdan öncə Hande xanım 1994-2005-ci illərdə Marmara Universitetində İctimai Səhiyyə üzrə professor və İstanbulda səhiyyə xidmətləri üzrə direktor vəzifələrində çalışıb.

Dr. Harmancı həmçinin, yetkin təhsil və təlimi, tədris materiallarının hazırlanması və öyrədilməsi üzrə Master təlimçidir.

İngilis, türk, fransız və Azərbaycan dillərində sərbəst danışır. 

1news.az

 

 

 

 

Paylaş:
2399

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər