Universitetə cəmi 1 gün gedən tələbələr faciəvi şəkildə öldülər | 1news.az | Xəbərlər
Cəmiyyət

Universitetə cəmi 1 gün gedən tələbələr faciəvi şəkildə öldülər

15:54 - 17 / 09 / 2018
Universitetə cəmi 1 gün gedən tələbələr faciəvi şəkildə öldülər

Xəzər dənizinin Sumqayıt hissəsində boğulan gənclərin hər ikisi tələbə olub.

1news.az-ın Report-a istinadən verdiyi xəbərə görə, hadisə ötən gün baş verib.

Belə ki, Cəlilabad rayonu, Uzuntəpə kənd sakinləri – 2000-ci il təvəllüdlü Hüseynov Fərid Ələddin oğlu və 1999-cu il təvəllüdlü Bağırzadə Hakim Hatəm oğlu dənizdə çimərkən boğulublar.

Onların meyiti FHN-in dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq yaxınlarına təhvil verilib.

Məlum olub ki, hər iki şəxs bu il Sumqayıt Dövlət Universitetinə qəbul olublar. Onlar sentyabrın 14-də yeni dərs ilinin başlaması ilə əlaqədar olaraq Cəlilabaddan Sumqayıta köçüblər.

1news.az

Paylaş:
1206

Son xəbərlər

Bütün xəbərlər