Azərbaycanlı bloqer izləyicisinə “Ferrari” hədiyyə etdi - VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

Azərbaycanlı bloqer izləyicisinə “Ferrari” hədiyyə etdi - VİDEO

16:30 - 17 / 09 / 2018
Azərbaycanlı bloqer izləyicisinə “Ferrari” hədiyyə etdi - VİDEO

Rusiyada məşhurlaşan azərbaycanlı bloqer Hüseyn Həsənov sosial media izləyiciləri arasında yarış keçirib.

O, qalibə özünün idarə etdiyi “Ferrari” markalı avtomobili hədiyyə edəcəkdi.

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, Hüseynin keçirdiyi müsabiqənin qalibi məlum olub.

Vasiliy Romanik adlı şəxs müsabiqədə qalib gəlib. Bu barədə məlumatı bloqer sosial media hesabında paylaşıb.

“Səni Moskvada gözləyirəm”, - deyə Hüseyn paylaşdığı videoda deyib.

O söyləyib ki, müsabiqədə 215 mindən çox adam iştirak edib.

Qeyd edək ki, Romanikin videosuna 197 mindən artıq baxış, üç mindən artıq isə rəy gəlib.

1news.az

Paylaş:
1509

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər