Bakı dayanacaqlarında yenilik: xüsusi kameralar olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı dayanacaqlarında yenilik: xüsusi kameralar olacaq

17:20 - 17 / 09 / 2018
Bakı dayanacaqlarında yenilik: xüsusi kameralar olacaq

Bakıda dayanacaqda qanunsuz park edən, müştəri gözləyən taksilər üçün qadağa tətbiq ediləcək.

Bu barədə 1news.az-a məlumat verən Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib ki, yaxın günlərdə bütün dayanacaqlarda xüsusi kameralar olacaq.

O dayanacaqdan keçən marşrut xətt avtobuslarından başqa saxlanılan istənilən nəqliyyat vasitəsinin şəkili çəkilib protokollaşdırılacaq.

BNA rəsmisi əlavə edib ki, hazırda Bakı şəhərində parklanma siyasətinə yenidən baxılır: “Dayanaqlı proqram tənimatına söykənən avtomatlaşdırılmış sistemin qurulması nəzərdə tutulub. Bu istiqamətdə həm sərnişindaşımaya, həm də paytaxt nəqliyyatına təsir edəcək siyasəti təkmilləşdirmək niyyətindəyik".

S.Xankişiyeva

 

Paylaş:
457

Son xəbərlər

Bütün xəbərlər