“Azərenerji”nin vitse-prezidenti vəfat etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərenerji”nin vitse-prezidenti vəfat etdi

09:56 - 17 / 09 / 2018
“Azərenerji”nin vitse-prezidenti vəfat etdi

“Azərnerji” ASC-nin vitse-prezidenti Marlen Əsgərov vəfat edib.

1news.az  xəbər verir ki, bu barədə Report-a mərhumun yaxınları məlumat veriblər.

Qeyd edək ki, ixtisasca mühəndis-elektrik olan M.Əsgərov 1936-cı il noyabrın 17-də anadan olub. O, 2005-ci ilin oktyabr ayından "Azərenerji"də 2-ci şəxs idi.

Son vaxtlar M.Ələsgərovun səhhətində ciddi problemlər var idi. Onun ayaqları tutulmuşdu, yerimə qabiliyyətini itirmişdi və ev şəraitində müalicə alırdı. 

1news.az

Paylaş:
1455

Son xəbərlər

Bütün xəbərlər