BANM-da “İnformasiya təhlükəsizliyi” ixtisası “İlin ixtisası” oldu | 1news.az | Xəbərlər
İqtisadiyyat

BANM-da “İnformasiya təhlükəsizliyi” ixtisası “İlin ixtisası” oldu

10:23 - 17 / 09 / 2018
BANM-da “İnformasiya təhlükəsizliyi” ixtisası “İlin ixtisası” oldu

“İlin ixtisası” bu il Bakı Ali Neft Məktəbinin “İnformasiya təhlükəsizliyi” ixtisası oldu.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, belə ki, Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanlarının nəticələrinə görə BANM-da ilk təfə tədris olunacaq bu ixtisasın orta balı 694  bal olub. İxtisas üzrə minimal keçid balı 685 baldır və bu ölkənin ən yüksək keçid balı hesab olunur.

“İnformasiya təhlükəsizliyi” ixtisasında 6 nəfər 700 ballı tələbə, 13 nəfər Prezident təqaüdçüsü təhsil alacaq.

Ali Məktəb “İnformasiya təhlükəsizliyi” ixtisasında “Şəbəkə təhlükəsizliyi”, “Sistem proqramlaşdırma”, “Sistemdə olan təhlükəsizliklərin test edilməsi”, “ Verilənlər bazasının təhlükəsizliyi”, “ Multiagent sistemlərin təhlükəsizliyi”, “Barmaq izlərinin tanınması” və s. kimi fənlərin tədrisi planlaşdırılır.

Qeyd edək ki, “İlin ixtisası” artıq ikinci dəfədir ki Bakı Ali Neft Məktəbinə aiddir. Keçən il bu status Ali Məktəbin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”  (PAM) ixtisasına aid olmuşdu. Belə ki, PAM-da 2017-ci ilin qəbul imtahanlarının nəticələrinə görə orta bal 691 olmuşdu.

S.Xankişiyeva

 

 

Paylaş:
619

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər