Biləsuvarda 3 ədəd partlamamış hərbi sursat tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Biləsuvarda 3 ədəd partlamamış hərbi sursat tapılıb

12:44 - 17 / 09 / 2018
Biləsuvarda 3 ədəd partlamamış hərbi sursat tapılıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tovuz rayonunda keçirdiyi əməliyyatla bağlı məlumat yayıb.

Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, sentyabrın 1-də saat 09:32-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 09:50-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə 16 sentyabr tarixində də baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 3 ədəd partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. 

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 9 000 kv.m əraziyə yerüstü və 400 kv.m əraziyə isə yeraltı baxış keçirilib.

16 gün ərzində ərazidə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 769 ədəd müxtəlif növ partlamamış hərbi sursat, 1 ədəd pnevmatik tapança, 1  ədəd AK-74 avtomatı aşkar olunub, 150 800 kv.m əraziyə yerüstü və 8 855 kv.m əraziyə isə yeraltı baxış keçirilib.

Ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

1news.az

Paylaş:
472

Son xəbərlər

Bütün xəbərlər