Bu gün Bakı metrosunda konsert proqramları təşkil olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Bakı metrosunda konsert proqramları təşkil olunacaq

10:15 - 18 / 09 / 2018
Bu gün Bakı metrosunda konsert proqramları təşkil olunacaq

“Bakı Metropoliteni” QSC, ənənəsinə sadiq qalaraq, 18 Sentyabr – Milli Musiqi Gününü xüsusi layihə ilə qeyd edəcək.

Bunu 1news.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

“Metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-də sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramları təşkil olunacaq. Musiqi proqramına milli və klassik musiqi nümunələri daxildir”.

Budəfəki proqramda canlı musiqi "İçərişəhər", "Sahil", "28 May" və "Elmlər Akademiyası" stansiyalarında aşağıda göstərilən saatlarda səsləndiriləcək:

- “İçərişəhər” stansiyası – saat 11:00-12:30;

- “Sahil” stansiyası – saat 12:00-13:30.

- “28 May” stansiyası – saat 13:00-14:30;

- “Elmlər Akademiyası” stansiyası – saat 14:00-15:30.

S.Xankişiyeva

Paylaş:
553

Son xəbərlər

Bütün xəbərlər