Azərbaycanda ortaya çıxan sirli qəbirlərin sədası Türkiyədən gəldi | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda ortaya çıxan sirli qəbirlərin sədası Türkiyədən gəldi

11:13 - 18 / 09 / 2018
Azərbaycanda ortaya çıxan sirli qəbirlərin sədası Türkiyədən gəldi

Xəbər verildiyi kimi, Xaçmaz rayonunun Pirquluoba kəndində arxeoloji qazıntılar aparılır. Qazıntılar zamanı iki qəbir açılıb və orada tapılan insan sümükləri ekspertiza üçün götürülüb. İlkin ehtimala görə, burada tapılan insan sümükləri, 1918-ci ildə ermənilərin Quba qəzasına basqını zamanı onlara qarşı vuruşan, Nuru Paşanın başçılıq etdiyi hərbi birləşmənin şəhid olan əsgərlərinə aiddir.

1news.az xəbər verir ki, Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi mütəxəssisi Qəhrəman Ağayev bildirib ki, müəyyən səbəblərə görə ərazidə qazıntı işləri hələ tam başa çatmayıb. Onun sözlərinə görə, qazıntılar və oradan tapılan qəbirlərlə bağlı Sputnik Azərbaycan-da məlumat yayıldıqdan sonra Türkiyənin Bursa Uludağ Universitetinin tarix fakultəsinin rəhbəri Seyfeddin Buntürk və Universitetin digər tarixşünas alimləri onunla əlaqə saxlayıblar.

"Onlar bu araşdırmanın davam etdirilməsində maraqlı olduqlarını və araşdırmanın dövlət səviyyəsində aparılması üçün lazımi instansiyalara məlumat verəcəklərini bildirdilər. Biz də inanırıq ki, araşdırma uğurla sona çatdırılacaq və bununla bağlı son məlumatları ictimaiyyətə açıqlayacağıq" — deyə Q.Ağayev vurğulayıb.

Xatırladaq ki, bu yaxınlarda Xaçmazın Pirquluoba kəndində arxeoloji qazıntılar aparılıb. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi mütəxəssisi Qəhrəman Ağayevin verdiyi məlumata görə, rayonun Pirquluoba kəndi ərazisində yerli əhalinin "şəhidlik" adlandırdığı sahədə iki maraqlı qəbir açılıb.

Q.Ağayev açılan qəbirlər barəsində çox maraqlı faktlar danışıb: "Keçən il kənd sakinləri bizə belə bir qəbirin olması barədə məlumat veriblər. Burada arxeoloji qazıntılar aparmaq bizə iyun ayının əvvəlində nəsib oldu. Biz həmin əraziyə baxış keçirdik və orada, ümumilikdə, 4 hektar 82 sot sahənin 5 sotu araşdırma üçün hazırlandı və sahə kol-kosdan təmizlənərək iki qəbir açıldı".

Həmin qəbirlərin türk əsgərlərinə aid olmasının aydınlaşdırılması heç də Qəhrəman müəllim və onun qrupu üçün çətin olmayıb: "Qəbirlərə ilkin baxış keçirəndə anladıq ki, bu qəbirlər nə orta əsrlərə, nə də tunc dövrünə aiddir. Çünki qəbirlərin dərinliyi o qədər də çox deyildi. Həmçinin qəbirin dini baxımdan müsəlman olan birinə aid olması ölünün basdırılma formasından açıq-aşkar aydın olurdu. Belə ki, açılan qəbirdə mərhum üzü qibləyə doğru, sol yanı üstə basdırılıb və yaşı 30-40 arasında olan müsəlmanın qəbridir. Sümüklərin basdırılma tarixi isə 100 ildən çox dövrü əks etdirmir. Təbii ki, burada ən real cavabı ekspertiza deyəcək".

Müsahibimiz qeyd edib ki, ərazidəki 2 nömrəli qəbirdən isə lazımi qədər arxeoloji material götürülüb: "Qəbirin 1.95 metr dərinliyində tam şəkildə insan skeleti aşkar edildi. Həmin qəbirdən 8 ədəd insan sümüyü ekspertiza üçün götürülüb. Arxeologiya və Etnoqrafiya İnstitutu rəsmi olaraq götürülmüş nümunələri Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə təqdim etdi. Məhz orada həmin sümüklərin hansı dövrə aid olması müəyyən ediləcək".

"Xaçmazın Pirquluoba kəndindən gətirilmiş insan sümüklərinin türk mənşəli olub-olmamasını isə Arxeologiya və Etnoqrafiya İnstitutunun antropoloqu Dmitriy Kiriçenko sümüklərə baxış keçirəndən sonra deyə biləcək. Hazırda ekspertizanın nəticələrini gözləyirik və bu barədə sizə də məlumat verəcəyik" – o bildirib.

Kənd sakinləri də bizə maraqlı faktlar danışdılar. Əldə etdiyimiz məlumata görə, 1918-ci ildə ermənilərin Quba qəzasına basqını zamanı Nuru Paşanın başçılığı ilə orada müvəqqəti hərbi qərargah yaradılıb. Həmin qəbirlərin də orada şəhid olan əsgərlərə məxsus olması ehtimal edilir.

İndi rayon ictimaiyyəti səbirsizliklə Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyində aparılacaq patoloji müayinələrin verəcəyi rəyi gözləyir. Rəy əsasında ərazidə basdırılan insanların 1918-ci ildə ermənilərin Quba qəzasına basqını zamanı döyüşlərdə qəhrəmancasına şəhid olan türk hərbçilərinə aid olub-olmaması məlum olacaq.

1news.az

Paylaş:
676

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər