“Yasımı da saxlayacam, matəmimi də tutacam” - Şəbnəm onu qınayanları susdurdu | 1news.az | Xəbərlər
Mədəniyyət

“Yasımı da saxlayacam, matəmimi də tutacam” - Şəbnəm onu qınayanları susdurdu

11:36 - 18 / 09 / 2018
“Yasımı da saxlayacam, matəmimi də tutacam” - Şəbnəm onu qınayanları susdurdu

“Dinlə bağlı bilib-bilmədən danışanlara sözüm budur ki, imamlarımız 9 gün döyüşüb, 10-cu gün isə şəhid olublar”.

1news.az
-ın Big.az-a istinadən verdiyi xəbərə görə, bu sözləri konserti Məhərrəmlik ayına təsadüf edən müğənni Şəbnəm Tovuzlu deyib. İfaçı xanım bildirib ki, Aşura günü yas da saxlayacaq, matəm də tutacaq:

“Düzdür, Məhərrəmlik ayıdır. Amma dinlə bağlı lazımsız tənqidlər edənlərə demək istəyirəm ki, yaxşı araşdırsanız görərsiniz ki, imamlarımız 9 gün döyüşüb, döyüşün 10-cu günü isə şəhid olublar.

Bu il müsəlman aləmində imamlarımızın şəhid olan günü sentyabr ayının 20-nə təsadüf edir. Həmin gün yasımı da saxlayacağam, matəmimi də tutacağam. Biz dinimizi, imanımızı sevirik və qəlbimizdə yaşadırıq”.

1news.az

Paylaş:
2965

Son xəbərlər

Bütün xəbərlər