Bakıdan Şarm əl-Şeyxə birbaşa reys açılır - TARİX | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıdan Şarm əl-Şeyxə birbaşa reys açılır - TARİX

13:21 - 19 / 09 / 2018
Bakıdan Şarm əl-Şeyxə birbaşa reys açılır - TARİX

Sentyabrın 18-də Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyində PASHA Travel turizm şirkətinin nümayəndələri ilə Bakı - Şarm əl-Şeyx - Bakı bir başa hava reysinin açılması ilə əlaqədar görüş keçirilib.

1news.az-a Misir səfirliyindən verilən məlumata görə, səfir Adel İbrahim bildirib ki, Misir və Azərbaycan arasında mədəni, iqtisadi və siyasi əlaqələr daim yüksək səviyyədə olub. Əlaqələrimizin inkişafı üçün bir sıra işlər görülməkdədir:

“Ölkələrimiz arasında turizm əlaqələrinin möhkəmləndirilməsi  xüsusi önəm daşıyır. Ona görə də bir başa hava reyslərinin açılması təqdirə layiqdir. Reysin həyata keçirilməsi hər iki ölkədən turist axının gücləndirilməsində, eləcə də investisiya, ticarət və iqtisadi əlaqələrin genişlənməsində böyük rol oynayacaq. Bu yaxınlarda keçirilən mətbuat konfransında məlumat verildiyi kimi hazırda Misirdə  sabitlik hökm sürür və dövlət tərəfindən təhlükəsizlik tam təmin olunub ”.

Qeyd edək ki, noyabr ayının 8-dən etibarən Bakıdan Şarm əl-Şeyxə birbaşa reyslər Azərbaycan Hava Yolları (AZAL) vasitəsilə həftədə bir dəfə (cümə axşamı), Airbus A320 təyyarəsi ilə, uçuş müddəti 4 saat olmaqla həyata keçiriləcək.  

P.Sultanova

Paylaş:
970

Son xəbərlər

Bütün xəbərlər