“Eurovision” təmsilçimiz Azərbaycanı tərk edib, kuryer işləyir | 1news.az | Xəbərlər
Cəmiyyət

“Eurovision” təmsilçimiz Azərbaycanı tərk edib, kuryer işləyir

16:26 - 19 / 09 / 2018
 “Eurovision” təmsilçimiz Azərbaycanı tərk edib, kuryer işləyir

Müğənni Fərid Məmmədov ABŞ-a köçüb.

1news.az  qafqazinfo-ya istinadən xəbər verir ki, iki il bundan əvvəl Nigar adlı xanımla ailə quran Fərid müğənniliyin də daşını atıb. 

O, xanımıyla 1 ildən artıqdır ki, Amerikada yaşayır. 28 yaşlı ifaçı Nyu-Yorkda kuryer kimi fəaliyyət göstərir. 

Xatırladaq ki, müğənni "Eurovision – 2013” mahnı müsabiqəsinə Azərbaycanı təmsil edib, ikinci yerin sahibi olub.  

Qeyd edək ki, Fəridin toyu mediaya qapalı keçirilmişdi. Hətta toyda bəylə gəlinlə şəkil çəkdirmək də qadağan olunmuşdu.

1news.az  

 

Paylaş:
491

Son xəbərlər

Bütün xəbərlər