“Xətai” stansiyası bağlandığı üçün bu marşrutların hərəkət sxemi dəyişdi | 1news.az | Xəbərlər
Cəmiyyət

“Xətai” stansiyası bağlandığı üçün bu marşrutların hərəkət sxemi dəyişdi

12:37 - 19 / 09 / 2018
“Xətai” stansiyası bağlandığı üçün bu marşrutların hərəkət sxemi dəyişdi

Metronun “Xətai” stansiyasının təmirə bağlanması ilə əlaqədar ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahatlığını təmin etmək məqsədilə 30 və 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək

Bakı Nəqliyyat Agentliyindən 1news.az-a bildirilib ki, stansiya bağlanan gündən təmir işləri tam başa çatanadək 30 və 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Xocalı prospekti, Yusif Səfərov küçəsi ilə hərəkət etməklə, son dayanacaq məntəqələri 28 May küçəsinədək (Səməd Vurğun bağının ətrafı) hərəkət edəcək.

S.Xankişiyeva

 

Paylaş:
465

Son xəbərlər

Bütün xəbərlər