YUNESKO-nun koordinatoru Xalça Muzeyində beynəlxalq simpoziuma qatılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

YUNESKO-nun koordinatoru Xalça Muzeyində beynəlxalq simpoziuma qatılacaq

12:58 - 19 / 09 / 2018
YUNESKO-nun koordinatoru Xalça Muzeyində beynəlxalq simpoziuma qatılacaq

Azərbaycan Xalça Muzeyi 25-27 oktyabr tarixlərində “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda III Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu çərçivəsində dekorativ-tətbiqi sənət sahəsində dünyaca məşhur mütəxəssisləri Bakıya toplayacaq.

Muzeyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, simpozium çərçivəsində “Keçəçilik ənənə kimi”, “Keçə müasir incəsənətdə”, “Keçə moda dünyasında bir trend kimi” mövzularında müzakirələr aparılacaq. Simpozium çərçivəsində iki tematik sərgi, ustad dərsləri, keçə məhsullarının yarmarkası və feşn şou (fashion show) təşkil olunacaq.

Simpoziumun beynəlxalq səviyyəli nüfuzlu iştirakçılarından biri Qırğızıstan Rəssamlar İttifaqının üzvü, YUNESCO-nun qeyri-maddi mədəni irs üzrə eksperti, sənətkarlığın inkişaf etdirilməsi üzrə ekspert Dinara Çoçunbayevadır. Dinara Çoçunbayeva beynəlxalq simpoziumda “Qırğız keçələri: ala-kiyiz və şırdak” mövzusunda məruzə ilə çıxış edəcək. Məlum olduğu kimi, Qırğızıstanda keçəçilik əsas xalq sənətkarlıq növlərindən biridir və buna görə də bu sənət növü əhəmiyyətini heç vaxt itirməyib. Rəssam, ictimai xadim və art menecer Dinara Çoçunbayeva özünü bu sahədə həm Qırğızıstanda, həm də beynəlxalq səviyyədə parlaq surətdə göstərib. O, həmçinin “Ənənəvi Qırğız şırdak keçəsi” kitabının müəllifidir.

Hal-hazırda Dinara Çoçunbayeva Qırğızıstanda Mərkəzi Asiyanın Sənətkarlığa dəstək üzrə Assosiasiyasının Resurs Mərkəzinin rəhbəri (CACSARC-kg) və 2004-cü ildən YUNESKO-nun Mərkəzi Asiya üzrə mükafat proqramının koordinatorudur. O, 2006-cı ildə məqsədi Mərkəzi Asiya xalqlarının sənətkarlıq və ənənəvi mədəniyyətlərinin qeydiyyat siyahısının tərtib edilməsi olan "Sənətlər və ənənəvi biliklər" İctimai Fondunu təsis edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı ilə keçiriləcək beynəlxalq simpoziumun məqsədi türk dünyasının ümumi irsi sayılan keçə sənətinə həsr edilən elmi-tədqiqat işlərinin ideya mübadiləsi, bu sənət növünün adət və ənənələrinin qorunması, öyrənilməsi, ona marağın dirçəldilməsi, eləcə də, müxtəlif sahələrdə tətbiq edilməsidir.

1news.az

Paylaş:
335

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər