Maroş Şefçoviç: "Cənub Qaz Dəhlizi" Aİ-nin bütün maraqlarına uyğun layihədir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Maroş Şefçoviç: "Cənub Qaz Dəhlizi" Aİ-nin bütün maraqlarına uyğun layihədir

10:12 - 20 / 09 / 2018
Maroş Şefçoviç: "Cənub Qaz Dəhlizi" Aİ-nin  bütün maraqlarına uyğun layihədir

"Cənub Qaz Dəhlizi" Avropa İttifaqının (Aİ) bütün maraqlarına uyğun layihədir və o, Aİ-nin strateji layihələri sırasındadır.

1news.az  xəbər verir ki, bu sözləri sentyabrın 20-də Bakıda keçirilən VII Beynəlxalq “Caspian Energy Forum Baku-2018”ə ünvanladığı video müraciətdə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç deyib.

O bildirb ki, Avropa enerji baxımından vacib regiondur: "Enerji tranziti də bizim üçün əhəmiyyətlidir və qaz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Məhz buna görə Azərbaycan, eləcə də Xəzər regionu Avropa İttifaqı üçün vacib tərəfdaşlardandır. Siz Cənub Qaz Dəhlizinin əsas təchizatçısınız. Bu layihənin rellaşdırılması ilə Avropanın enerji balansı şaxələndiriləcək, biz iqlim dəyişikliyi ilə bağlı əsas hədəflərə çatacağıq və ümumilikdə geosiyasi mühit dəyişəcək. Birgə səylərimizlə biz 2020-ci ildə Azərbaycan təbii qazını Avropaya nəql etməyə müvəffəq olacağıq. Bu, tarixi hadisə olacaq.

Maroş Şefçoviç deyib: "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi sayəsində bütün iştirakçı ölkələrlər yanaşı, ümumilikdə Avropa dövlətləri də qazanacaq. "Cənub Qaz Dəhlizi" qitədə dekarbonizasiyaya və enerji səmərəliyinə öz töhfəsini verəcək".

1news.az  

Paylaş:
562

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər