Etimad İsmayılovun nəşi Azərbaycana gətiriləcək - AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Etimad İsmayılovun nəşi Azərbaycana gətiriləcək - AÇIQLAMA

10:18 - 20 / 09 / 2018
Etimad İsmayılovun nəşi Azərbaycana gətiriləcək - AÇIQLAMA

“İlyas İsmayılovun oğlunun qətli ilə bağlı gecədən məlumatı var. Hələ də hadisənin şokundayıq”.

1
news.az xəbər verir ki, bunu Modern.az-a Ədalət Partiyasının sədri, sabiq millət vəkili, eks-nazir İlyas İsmayılovun oğlu Etimad İsmayılovun qətlə yetirilməsindən danışarkən partiyanın Aparat rəhbəri Mütəllim Rəhimli deyib. 

O vurğulayıb ki, hadisənin təfərrüatları ilə bağlı dəqiq məlumat yoxdur:

“Qətl Türkiyədə törədilib. Türkiyə mətbuatından məlumatları izləyirik. Cinayət işi açılıb və qətli törədən şəxsin yaxalandığı barədə məlumat yayılıb. Polis araşdırmanı davam etdirir. Hadisə ötən gecə saatlarında baş verdiyindən ətraflı məlumat əldə etmək imkanımız olmayıb”.

M.Rəhimli bildirib ki, İlyas İsmayılov və ailəsi hazırda Azərbaycandadır: “Hazırda dəfn işlərinə hazılrlıq görülür. Güman ki, bu gün mərhumun nəşi Azərbaycana gətiriləcək. Etimad İsmayılovun qətli ağır hadisə olduğundan hamımız sarsılmışıq”.

Qətlin baş vermə səbəblərinə gəlincə, M. Rəshimli mərhumun və ailəsinin hansısa şəxslərlə ədavətinin olmadığını diqqətə çatdırıb: “İlyas müəllimin və ailəsinin də şübhələndiyi, anlaşılmazlıq yaşadığı şəxslər olmayıb. Əgər hər hansı problem olsaydı, bu barədə əvvəldən məlumatımız olardı”.

Qeyd edək ki, azərbaycanlı iş adamı Etimad İsmayılov, İstanbuldakı ofisində silahlı hücuma məruz qalıb. Başından 2, sinəsindən 1 güllə ilə yaralanan İsmayılov xəstəxanaya çatıdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Silahlı hücumu törətdikdən sonra hadisə yerindən qaçan digər azərbaycanlı iş adamı, sabiq polis rəisi Gözəl Dəmirov artıq polis tərəfindən saxlanılıb.

Azərbaycanın tanınmış dövlət və ictimai-siyasi xadimi İlyas İsmayılov ölkənin keçmiş baş prokuroru və ilk ədliyyə naziri olub. Hüquq elmləri doktoru, professor İ.İsmayılov həm də keçmiş millət vəkilidir.

1news.az

Paylaş:
1164

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər