Binədə yolu “təmir” edənlər cəzalandırıldı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Binədə yolu “təmir” edənlər cəzalandırıldı – FOTO

11:24 - 20 / 09 / 2018
Binədə yolu “təmir” edənlər cəzalandırıldı – FOTO

Binə qəsəbəsində səliqəsiz təmir işləri aparan işçilər cəzalanıb.

1news.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, Binə qəsəbəsinin daxili küçələrində artıq bir neçə gündür ki, çala təmiri işləri aparılır:

“Sosial şəbəkələrdə ötən gün həmin ərazidən bir foto paylaşıldı. Məsələ barədə agentliyin müvafiq şöbəsinə məlumat verildi. O cür səliqəsiz təmir işi aparan iş icraçıları cəzalandırıldı və nöqsan elə həmin gün aradan qaldırıldı”.

Qeyd edək ki, dünən sosial şəbəkədə Binə qəsəbəsində səliqəsiz təmir işləri aparılması barədə paylaşılan foto müzakirələrə səbəb olub.

1news.az

Paylaş:
532

Son xəbərlər

Bütün xəbərlər