"Ruhlar şəhəri" Ağdamın son vəziyyəti rusiyalı bloqerin gözü ilə – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

"Ruhlar şəhəri" Ağdamın son vəziyyəti rusiyalı bloqerin gözü ilə – FOTO

12:38 - 20 / 09 / 2018
"Ruhlar şəhəri" Ağdamın son vəziyyəti rusiyalı bloqerin gözü ilə – FOTO

Məşhur rusiyalı bloqer Denis Zabelin erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş Ağdam şəhərinə səyahət edib.

Səyahətçi-bloqer Ağdam haqda təəssüratlarını və orada lentə aldğı fotoları Rusiyanın müxtəlif saytları ilə paylaşıb.

1news.az-ın BAKU.WS-ə istinadla verdiyi xəbərə görə, D.Zabelinin dediklərini ixtisarla təqdim edirik:

“Şəhərin konyak zavodunda əfsanəvi "Ağdam" portveyn şərabı istehsal olunurdu. Onun istehsalı 1993-cü ildə erməni silahlı qüvvələrinin Qarabağ müharibəsi zamanı şəhərə şiddətli hücumlarının nəticəsində dayandırıldı.

Amma Ağdam təkcə konyak zavodu ilə məşhur deyildi. Bura həm də mədəni və tarixi abidələrlə zəngin bir şəhər idi.

Bəzi mənbələrdə həm də o qeyd olunur ki, Ağdam bazarlarında hər şey almaq mümkün idi: nar və əncirdən tutmuş o vaxtın xarici məişət texnikasına kimi.

Və budur... Bir vaxtlar 30 minlik əhalisi olan şəhərin yerində artıq dağıdılmış yaşayış məntəqələri və hansısa səbəblərdən qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən saxlanılan iki minarəli kabus şəhər yerləşir. Minarələr şəhərə daxil olmamış görsənir.

Dağıntıların xarakterinə görə, məlum olur ki, şəhəri böyük səylə məhv ediblər. Burada dağıtmaq mümkün olacaq hər şeyi dağıdıblar.

Vaxtı ikən ağ damları ilə seçilən və çiçəklənən Ağdamı tanımaq çətindir.

"Ruhlar şəhəri" sizi sovet dövründə salınmış asfaltın qalıqları, sahibsiz nar bağları, tikanlı məftilləri, paslı çəlləkləri, sakitliyi və isti havası ilə qarşılayır.

Ağdamın xarabalıqlarını tərk edərək, içimdə çox ağır və qəribə hisslər qaldı. Siyasi büronun və siyasətçilərin çirkin oyunları, bir-birinin ardınca baş verən qanlı hadisələr insanların bir-birinə olan münasibətini çox dəyişdi. Bir vaxtlar mehriban yaşayan xalqlar nifrətlə vahid ölkənin mülkünü və ərazisini bölməyə başladılar.

Amma hər kəs unudub ki, bu ərazilər SSRİ dövründə deyil, hələ Rusiya imperiyası zamanı vahid hala gətirilmişdi. Bu, yaxınlıqdakı qonşulardan qorunmaq üçün idi.

S.Xankişiyeva

 

Paylaş:
2356

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər