Azərbaycanda ailənin 10-cu övladı doğuldu - Bir səbəbə görə - VİDEO

Bərdənin Yenidaşkənd kəndində yaşayan Qurbanovlar ailəsinin 10-cu övladı dünyaya göz açıb.
1news.az-ın Xəzərxəbər-ə istinadən verdiyi xəbərə görə, 14 il evli olan bu ailənin indiyədək 4 qız və 5 oğlan övladı olub. Ailədəki ən böyük uşağın 13 yaşı var.
Uşaqların sayının 10-a çatdırılmasının isə çox maraqlı izahı var. Belə ki, uşaqların sayının 10-a çatdırılması doğma Vətənin adındakı hərflərin sayı ilə bağlıdır. Azərbaycan sözündə 10 hərf olduğu üçün, Qurbanovlar ailəsi də uşaqların sayını 10-a çatdırmaq qərarına gəliblər.
Hələlik körpəyə qoyulacaq adla bağlı qərar verməyiblər.
Həkimlər körpənin çəkisinin və səhhətinin normal olduğunu deyirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
1news.az
647