Aİ səfiri: Xaricə ixracı artırmaq üçün Naxçıvanın böyük potensialı var
Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı və iri sərmayəçisidir. Həmçinin, ixrac üçün böyük bazardır.
1news.az xəbər verir ki, bunu "Avropa günləri" çərçivəsində Naxçıvanda keçirilən biznes forumda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas deyib.
O bildirib ki, Naxçıvan MR haqqında aldığı məlumatlardan belə aydın olur ki, iqtisadiyyatın inkişafında gələcək prioritet istiqamət ixracın genişləndirilməsi ola bilər: "Naxçıvanın öz məhsullarını daha çox ölkələrə çıxarması, yəni ixrac coğrafiyasını genişləndirməsi üçün böyük potensialı var. Hazırda MR-nın məhsulları əsasən qonşu ölkələrə çıxarılır. Onların arasında bəzi Avropa ölkələri də var. Amma ölkələrin sayı və ixrac daha artırıla bilər. Mən çox şadam ki, Latviyanın sertifikasiya laboratoriyası burda fəaliyyət göstərir. Avropa ölkələri ixracın artırılması üçün təcrübəyə və biliklərə malikdirlər ki, bu istiqamətdə də kömək edə bilərlər".
Səfir əlavə edib ki, ixracın artırılması üçün Ümumdünya Ticarət Təşkilatının təcrübəsi və standartları vacibdir.
P.Sultanova
746