"Avropa şəhərciyi" bu dəfə Naxçıvanda - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

"Avropa şəhərciyi" bu dəfə Naxçıvanda - FOTO

17:41 - 23 / 09 / 2018
"Avropa şəhərciyi" bu dəfə Naxçıvanda - FOTO
Bu gün Naxçıvanda keçirilən "Avropa günləri" çərçivəsində "Avropa şəhərciyi"nin açılışı olub.
 
1news.az xəbər verir ki, tədbir şəhərdəki "Naxçıvanqala" Tarixi Memarlıq Muzey Kompleksində  baş tutub.
 
Avropa İttifaqına üzv ölkələrin Bakıdakı 17 səfirliyinin təmsil olunduğu tədbiri açan Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azər Cabbarov qonaqları salamlayaraq, tədbirin qədim tarixə və mədəniyyətə malik olan Naxçıvanda baş tutmasının əhəmiyyətindən danışıb. 
 
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas tədbirin təşkilində dəstəyinə görə, Naxçıvan MR-nın rəhbərliyinə və göstərdikləri  böyük marağa görə insanlara təşəkkürünü  bildirib. Deyib ki, bu il xüsusi ildir. Belə ki, ADR-in 100, Azərbaycanda Aİ nümayəndəliyinin fəaliyyətə başlamasının 10 illiyi qeyd olunur:
 
"Aİ və Azərbaycanı möhkəm əməkdaşlıq bağlayır. Xüsusilə, təhsil sahəsində. Bu tədbir insanların bir-birini daha yaxşı tanımasına kömək edəcək".
 
Qeyd edək ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov "Avropa şəhərciyi" ilə tanış olub.
 
Tədbir boyu maraqlı viktorinalar, əyləncəli proqram, konsert təqdim edilib.
Pərvanə Sultanova
Paylaş:
973

Son xəbərlər

Bütün xəbərlər