Qubalı pəhləvanlar rusiyalıları heyrətləndirdi - VİDEO

Azərbaycanlı pəhləvan qardaşlar Rusiyanın məşhur "Я могу" ("Mən bacarıram") şousuna qatılıblar.
1news.az Baku.WS xəbər verir ki, Quba rayonundan olan Laçın və Hüseyn Pəhləvanoğlular şou göstərərkən aparıcı və ekspert bu hərəkətlərin təhlükəli olduğunu bildiriblər.
Heç nəyə baxmayaraq, qardaşlar son dərəcə təhlükəli olan hərəkəti yerinə yetiriblər.
Belə ki, qardaşlardan biri boğazını ülgücün üstünə qoyaraq, yerə uzanıb, digər qardaş isə onun belinin üstündə olan iki ədəd 33,3 kiloqramlıq daşları balta ilə sındırıb.
Bununla da Laçın və Hüseyn Rusiyada rekorda imza atıblar.
Auditoriya pəhləvan qardaşların çıxışını heyrətlə izləyib.
1news.az
666