72 yaşlı Ajdadan nəfəskəsən paylaşım – FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

72 yaşlı Ajdadan nəfəskəsən paylaşım – FOTO

10:30 - 24 / 09 / 2018
72 yaşlı Ajdadan nəfəskəsən paylaşım – FOTO

Türkiyə şou-biznesinin super starı Ajda Pekkan yeni fotosunu izləyiciləri ilə bölüşüb.

72 yaşlı ifaçı tətildə çəkilmiş şəklini Instagram hesabında yerləşdirib.

Ajdanın ağ bikinidə olan fotosu sevənləri tərəfindən “like” atəşinə tutulub. Sənətçinin yaşına baxmayaraq formada qalması hamını heyrətləndirib.

Kanad D-yə müsahibə verən müğənni gözəllik sirlərini də açıqlayıb:

“Hər zaman xarici görünüşümə diqqət etmişəm. Formada qalmaq üçün idman və genetika vacibdir. Hər gün idmanla məşğul oluram. Çoxlu su içirəm. Yediyim qidalara diqqət yetirirəm. Lakin sevdiyim yeməklərdən də imtina etmirəm. Kabab və balığı sevirəm. Məndən nümunə götürün”.

S.Xankişiyeva

 

 

Paylaş:
834

Son xəbərlər

Bütün xəbərlər