AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq

15:28 - 25 / 09 / 2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq

Sentyabrın 25-də AZAL prezidenti Cahangir Əsgərov “L-3 Technologies” şirkətinin bölməsi “Commercial Training Solutions”-un Prezidenti Robin Qlover-For (Robin Glover-Faure) ilə görüş keçirmişdir.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin xidmətindən verilən məlumata əsasən, görüşdə tərəflər əməkdaşlıq perspektivlərini müzakirə etmişdirlər.

Qonaqlar qeyd etmişdirlər ki, qabaqcıl texnologiyanın tətbiqi ilə Azərbaycanda mülki aviasiya sahəsində yaradılmış imkanlar onlara böyük təəssürat bəxş etmişdir.

“L-3 Technologies” şirkəti öz innovasiya layihələri sayəsində “Azərbaycan Hava Yolları” aviaşirkətinə personalın hazırlığı, uçuş imitasiya kompleksləri, habelə kombinə edilmiş nəzəri və interaktiv tədris proqramları sahəsində ən müasir texnologiyaları təqdim edəcək.

Tərəflər AZAL və “Buta Airways”in uçuş heyətinin hazırlığı məqsədilə “Boeing-737 MAX” və “Embraer 190” tipli təyyarələri üçün “Full Flight Simulator” trenajor komplekslərinin tədarükü məsələlərini müzakirə etmişdirlər.

Danışıqlar zamanı həmçinin Milli Aviasiya Akademiyasında “L-3 Technologies” şirkəti ilə birgə pilotların hazırlığı üzrə yeni trenajor mərkəzinin inşası müzakirə olunmuşdur.

Müqavilənin imzalanması oktyabrın ortalarına planlaşdırılır. Yeni trenajorların 2020-ci ilin ortalarında fəaliyyətə başlayacağı gözlənilir.

“Azərbaycan Hava Yolları” hava parkının yenilənməsi üzrə genişmiqyaslı proqram həyata keçirir. Bu yaxınlarda “Buta Airways” loukost aviaşirkəti üçün yeni “Embraer E-190” təyyarəsi alınmışdır. Yaxın vaxtlarda AZAL-ın hava gəmisi parkının yeni nəsil “Boeing 737 MAX” təyyarələri ilə genişləndirilməsi nəzərdə tutulur. Hava gəmiləri parkının yenilənməsi proqramı uçuş heyətinin peşəkar təkmilləşdirməsini tələb edir.

 “L-3 Technologies” şirkətindən alınan simulyatorlar Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO DOC 9625-1) və EASA-nın (Certification Specification CS-FSTD(A)) ən yüksək “Level D” səviyyəsi üzrə tələblərinə uyğundur.

Səfər çərçivəsində qonaqlar Azərbaycanın mülki aviasiya obyektləri, o cümlədən “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi və bu yaxınlarda “SkyTrax” auditor şirkəti tərəfindən maksimum “5 Ulduz” reytinqinə layiq görülən Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi ilə tanış olmuşdurlar.

“Biz “Azərbaycan Hava Yolları” aviaşirkəti ilə “B737 Max” və “Embraer E-190” təyyarələri üçün Reality 7 uçuş simulyatorlarının təchiz edilməsi məqsədilə Niyyət məktubu imzalamaqdan böyük məmnunluq duyuruq. Biz bu təlim həllinin vaxtında və ən yüksək keyfiyyətlə çatdırılmasında “Azərbaycan Hava Yolları” ilə tərəfdaşlıq etməyə səbirsizlənirik”, Robin Qlover-For bildirmişdir.

“L-3 Technologies” şirkəti pilotların, həmçinin mülki və hərbi hava gəmilərinə xidmət göstərən texniki heyətin trenajor hazırlığı üçün platformaların işlənib hazırlanması və yaradılması sahəsində dünya lideridir.

“L-3 Technologies” şirkətinin mülki aviasiya üçün uçuş trenajorlarının istehsalı üzrə bölməsi -  “L-3 Commercial Training Solutions”-un ofisi Krouli şəhərində (Böyük Britaniya) yerləşir.

“L-3” şirkətinin mülki və hərbi sektor üçün trenajor hazırlığı sistemlərinin tədarükü coğrafiyası genişdir: Şimali Amerika, Avropa, Asiya və Sakit Okean regionu. “L-3” şirkətinin baş ofisi Texas ştatının Arlinqton şəhərində, nümayəndəlikləri isə Binqamton (Nyu-York ştatı), Orlando (Florida ştatı), Oklahoma siti, Broken Errou (Oklahoma ştatı), Finiks (Arizona ştatı) və Kroulidə (Böyük Britaniya) yerləşir.

S.Xankişiyeva

 

Paylaş:
358

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər