Samsung Note9-un güclü batareyası, prosessoru və digər üstünlükləri – FOTO
Artıq məlum olduğu kimi, avqustun 31-dən Bakıda flaqman smartfonu Galaxy Note9-un satışlarına start verilib.
Yeni modelin üstünlükləri az deyil, lakin bəziləri haqqında daha ətraflı danışaq.
Mövzu ilə əlaqədar oxuyun:
Samsung Galaxy Note 9 smartfonlar dünyasında əsl yenilikdir – tezliklə Bakıda
Daxili güc
Note9-un içində Mali-G72 qrafik adapteri ilə birlikdə işləyən 8 nüvəli Exynos9810 (4 ədəd 2.7 GHz + 1.8 GHz gücündə olan 4 nüvə) prosessor mövcuddur. Samsung LPDDR4 növlü 6 GB həcmində RAM istifadə edir. Bu, smartfonun yüksək məhsuldarlığını təmin edir.
Bu performans çoxsayılı peşəkar proqramlardan asanlıqla istifadə etmək üçün ən keyfiyyətli, aydın və rəngarəng videoların baxılması üçün, yüksək və ağır oyunların tez zamanda açılması üçün kifayətdir.
Yaddaş
Bu baxımdan Samsung irəliyə doğru çox böyük bir addım atır: Galaxy Note9 artıq 128 QB həcmində daxili yaddaş, eləcə də 518 QB tutumlu yaddaş kartları dəstəkləyən micro-SD standartında olan slot ilə təchiz edilib.
Bu həcmdə olan yaddaş 2500 saatlıq musiqi (təqribi 50.000 fayl) və ya 85000 şəkil saxlamaq üçün kifayətdir. MicroSD kartı üçün əlavə slotun olduğu nəzərə alınsa, istifadəçi heç zaman narahatçılıq yaşamayacaq.
Akkumulyator
Yeni Samsung Galaxy Note9-da 4000 mAs-lıq həcmdə olan akkumulyator mövcuddur. Telefonun güclü batareyası bu smartfon vasitəsi ilə əlavə enerji yığmaq üçün adapterdən istifadə etmədən, səhərdən axşama kimi filmə baxmaq və oyun oynamaq imkanını yaradır.
Bundan əlavə, Fast Charge texnologiyalı Galaxy Note9-u şarj etmək üçün cəmi 134 dəqiqə tələb olunur. Əlavə seçim olaraq isə (Wireless Charging) simsiz şarj imkanı da mövcuddur.
Xatırladaq ki, yeni smartfonun qiyməti – 2099 AZN-dir. Yeni Galaxy Note9 smartfonları haqqında əlavə məlumatı Baku Electronics, Kontakt Home, Irshad Electronics, Maxi.Az və Soliton mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Reklam hüququnda