Zaqatalada şadlıq evinin sanitar qovşağından meyit tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada şadlıq evinin sanitar qovşağından meyit tapıldı

11:45 - 25 / 09 / 2018
Zaqatalada şadlıq evinin sanitar qovşağından meyit tapıldı

Zaqatala rayonunda şadlıq evinin sanitar qovşağından kişi meyiti tapılıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, meyit bu gün səhər saatlarında, rayonun Göyəm kəndi ərazisində fəaliyyət göstərən "Aişə" şadlıq sarayının sanitar qovşağında aşkar edilib.

İlkin araşdırma zamanı meyitin rayonun Abaylı kənd sakini, 1957-ci il təvəllüdlü Kamil Mehdi oğlu Kostiyevə məxsus oldğu məlum olub. Mərhum həmin şadlıq sarayında gözətçi vəzifəsində çalışırmış. Üzərində zorakalıq əlamətləri olmayan K.Kostiyevin ürəktutmasından öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

S.Xankişiyeva

Paylaş:
461

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər