Sevdiyi qızı 3 dostu ilə qəbirstanlıqda zorladı — Tovuzda baş verən cinayətin TƏFƏRRÜATI | 1news.az | Xəbərlər
Cəmiyyət

Sevdiyi qızı 3 dostu ilə qəbirstanlıqda zorladı — Tovuzda baş verən cinayətin TƏFƏRRÜATI

13:24 - 26 / 09 / 2018
Sevdiyi qızı 3 dostu ilə qəbirstanlıqda zorladı — Tovuzda baş verən cinayətin TƏFƏRRÜATI

Tovuz rayonunda 20 yaşlı qıza təcavüz etməkdə təqsirli bilinən rayon sakinləri Mürsəl Kərimov, Nemət Rzayev, Kamal Məmmədov və Elməddin Niyazovun cinayət işi üzrə Ali Məhkəməy müraciət olunub.

1news.az-ın Ölkə.az-a istinadən verdiyi xəbərə görə, martın 22-də Tovuzun Əyyublu kəndində 20 yaşlı S.Nəsibova (ad şərti verilib) dörd oğlan tərəfindən təcavüzə məruz qalıb.

4 oğlan bir qıza təcavüz etdi

20 yaşlı qızın 4 nəfər həmkəndlisi tərəfindən zorlandığı ilə bağlı Tovuz rayon polis şöbəsinə müraciət edilib. Dərhal müraciət əsasında araşdırmalara başlanılıb və 4 nəfər saxlanılaraq şöbəyə gətirilib. Tovuz rayon Polis Şöbəsində istintaqı aparılan cinayət işi üzrə Kamal Məmmədov və Elməddin Niyazov Cinayət Məcəlləsinin 150.2.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri), Mürsəl Kərimov isə Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla 2015-ci il martın 30-da barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Məlum olub ki, qız nənəsigilə gedən zaman Kamal Məmmədov, Elməddin Niyazov, Nemət Rzayev və Mürsəl Kərimovun hücumuna məruz qalıb. Qızı döyə-döyə Kamal adlı şəxsin “Ford” maşınına mindiriblər.
Onlar qızı qəbiristanlığa aparıb və burada onu zorlayıblar. Daha sonra onlar qızı seksual xarakterli əxlaqsız hərəkətlər etməyə məcbur ediblər.

“Əvvəlldən onlarla heç bir tanışlığım olmayıb”

Zərərçəkmiş şəxs qismində ifadə verən S.Nəsibova qeyd edib ki, Kamal Məmmədov, Elməddin Niyazov, Nemət Rzayev və Mürsəl Kərimov onu döyərək zorla maşına mindiriblər: “Onlar məni qəbiristanlığa apardılar, orada mənə qarşı zorakılıq etdilər”.
Zərərçəkmiş bildirib ki, əvvəllər onlarla tanışlığım olmayıb: “Onlardan biri məşğələyə gedib gələrkən mindiyim “Qazel”in sürücüsüdür. Əvvəldən onlarla elə tanışlığı olmayıb. Məni telefonla təhdid edirdilər ki, şəklini çəkmişik, bizimlə danışmalısan və heç kimə deməməlisən”.

“Həmin vaxt yağış yağırdı, qız da könüllü mənim maşınınıma mindi”

İstintaq sənədləri ilə məlum olub ki, təqsirləndirilən şəxslərdən biri - Elməddin Niyazov qızın sevgilisi olub. Elməddin Niyazovun iddiasına görə, qız ilə 2014-cü ilin yayından mesajlaşırmış: “Qız məni çağırdı ki, mərkəzi küçənin ayağına gəl, səninlə görüşmək istəyirəm. Mən də dostum Mürsəlin “Mercedes” markalı maşınını götürərək qızın dediyi yerə getdim. Həmin vaxt yağış yağırdı, qız da könüllü mənim maşınınıma mindi. Bir qədər gedəndən sonra, kənddən 500 metr aralıda yolda maşın batdı. Dostuma zəng edərək maşının batdığını dedim. Kamal və maşının yiyəsi gəldilər. Biz birlikdə maşını çıxardıq”.

“Məni nənəmin evinin yanında düşürün”

Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra Səidəni Kamalın maşınına mindirib: “Onu evinə düşürdük. Bu zaman qız bildirdi ki, mən düşmək istəmirəm. Kamala dedi ki, sizinlə fermaya gedəcəyəm. Mən də Kamalla fermaya gedib, yeməyi verib qayıtdıq. Səidə dedi ki, məni nənəmin evinin yanında düşürün. Onu dediyi yerə düşürdük”.

Hadisədə adı hallana şəxslərdən biri də Kərimov Mürsəldir. “Mercedes” markalı avtomobilin sahibi Mürsəl Kamalov ifadəsində deyib ki, Elməddinin xahişini yerə salmayaraq öz maşınını ona verib: “Elməddindən zəng etdi ki, maşını mənə ver. Mən də vermişəm. Qıza təcavüz etməmişəm”.

"Sən bunu bir adama desən, öldürəcəyik"

Məhkəmədə zərəçəkənin atası Kamal Nəsibovda ifadə verib: "Hadisə martın 22-də Tovuz rayonunun Əyyublu kəndində baş verib. Hadisəni törədənlər - Məmmədov Kamal, Kərimov Mürsəl, Niyazov Ellməddin, Rzayev Nemət qızımı qaçırıblar. Qızım tələbə olduğuna görə kəndə tətilə gəlmişdi. Yağışlı gündə babası ilə görüşməyə gedib. Yolda oğlanlardan biri onun başından vuraraq təpikləyib və avtomobilə mindirib. Qız avtomobildən düşə bilməyib. Oğlan avtomobili açıqlıq bir əraziyə sürüb. 3 nəfər də bunların ardınca "Ford" maşını ilə gəlib. Onlar qızıma qarşı zorakılıq ediblər. Sonra oradan götürüb qəbristanlığa aparıblar. Orada deyiblər ki: "Sən bunu bir adama desən, öldürəcəyik". 

"Qızım intihar eləmək istədi, zəhər içdi. Bu boyda haqsızlıq olar?”.

Bəraət və cəza

İstintaq orqanı təqsirləndirilən şəxsləri Cinayət Məcəlləsinin 150.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri törətmək) və 151-ci seksual xarakterli hərəkətlərə məcbur etmə) maddələri ilə ittiham edib.

Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmən in hökmü ilə təqsirləndirilən şəxslərin ittiham olunduqları Cinayət Məcəlləsinin 150.2.1-ci maddəsi ilə onlara bəraət verilib.

Məhkəmə təqsirləndirilən şəxslərin hər birini Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə təqsirli bilib və onların hər birinə 1 il 8 ay 9 gün azadlıqdan məhrumetmə cəzası təyin edib.

1news.az

Paylaş:
1567

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər