“Azerspace-2” orbitə buraxıldı - VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azerspace-2” orbitə buraxıldı - VİDEO

11:43 - 26 / 09 / 2018
“Azerspace-2” orbitə buraxıldı - VİDEO

Azərbaycanın “Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb.

1news.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, “Azerspace-2” orbitə “Ariane 5” daşıyıcı raketlə göndərilib.

Bu, “Ariane 5”in 100-cü yubiley buraxılışıdır. Onun göyərtəsində  “Azerspace-2” peykindən əlavə, Yaponiyaya məxsus “Horizons 3e” peyki də orbitə çatdırılıb.

“Azərspace-2” xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq və peykin orbitdə işi minimum 15 il olacaq.

1news.az

Paylaş:
895

Son xəbərlər

Bütün xəbərlər