Tanınmış biznes ledi: Kəndçi qızıyam və bununla fəxr edirəm – VİDEO
Tanınmış iş qadını Ruhi Əliyeva kəndçi qızı olduğunu və bununla fəxr etdiyini açıqlayıb.
1news.az-ın verdiyi xəbərə görə, biznes ledi qutab hazırlayıb və onu sosial şəbəkədə paylaşıb. O, hesab edir ki, evinin xanımı olmaq qadının ən gözəl vəzifəsidir:
“Sən çox uğurlu, işində peşəkar və aşırı məşğul insan ola bilərsən. Amma evinin xanımı olmaq, qadının ən gözəl vəzifələrindəndir. İşdən evə dönüncə övladlarıma dadlı yemək bişirmək, ailəmə, əzizlərimə diqqət göstərmək, yeri gələndə ev işi də etmək boynumun ən gözəl borcudur. Fəxr edirəm ki, tovuzluyam və Azərbaycan torpağının yetirməsiyəm. Bəli, mən kənd qızıyam və bunu danmıram. Yuxarıda da qeyd etdiyim kimi, qınından çıxıb qınını bəyənməyənlərdən deyiləm, ola da bilmərəm”.
S.Xankişiyeva