Yeni Samsung Galaxy Tab S4 – planşetlə daha geniş imkanlar
Yaşayış tərzimiz geniş funksionallığı olan daha yığcam cihazlar tələb edir.
Tarixə nəzər salsaq, “ağıllı köməkçilərimizin” bir birinin ardınca daha mobil və çoxfunksiyalı cihazlara çevrilməsinin şahidi ola bilərik. Belə ki, icad edilmiş personal kompüter daha portativ notebook ilə, əslində “danışmaq” üçün yaradılmış telefon isə günümüzdə bir çox funksiyası olan qadjetə çevrilib.
Lakin, zaman keçdikcə kompüterlərdən telefonlara keçid daha gözəçarpan və qabarıq formada ifadə olunmağa başlayır və 1968-ci ildə Alan Key “Dynabook” adlanan planşeti xatırladan cihazı təqdim edir. Beləliklə, təkamül zənciri bərpa olunur, kompüter “personal”, smartfon isə “cib cihazı” olaraq qalır, onların aralığında isə istənilən məkanda gündəlik tələbatın bir çoxunun ödəməyə qadir olan ideal cihaz icad edilir.
Yenicə təqdim edilmiş Samsung Galaxy Tab S4 – 10,5” düymlü planşet kompüteridir. Planşetin alüminium haşiyəyə alınmış incə korpusu gücləndirilmiş şüşə ilə örtülüb. Bununla yanaşı korpusun həm ön, həm də arxa panelləri keyfiyyətli oleofob qatı ilə təchiz olunub. Galaxy Tab S4-də 2560х1600 icazəli Super AMOLED matrisası istifadə edilib. Bu displeydə rənglər dolğun və parlaq, qara rəng isə dərin ifadə olunur. Təqdim edilmiş yeni məhsul xətlərində olduğu kimi, burada da Samsung ənənəvi mexaniki “Home” düyməsindən imtina edib. Həmçinin, cihazda barmaq izi skaneri, yəni daktiloskop əvəzinə, gözün qüzehi qişası skaneri və “face recognition” funksiyasından istifadə olunub.
Qeyd edilən mühafizə üsulları planşetin ön kamerası ilə həyata keçirilir. Həmçinin qeyd etmək lazımdır ki, planşet 13MP-lik əsas və 8MP-lik selfi kamerası ilə təchiz olunub.
Xüsusi örtük vasitəsi ilə qoşulan klaviatura sayəsində Galaxy Tab S4 portativ kompüterə çevrilir. Belə ki, DeX rejimində bir neçə açıq pəncərə ilə işləyə, faylların yerini asanlıqla dəyişə mümkündür. Yeni planşetlə birgə həmçinin S Pen elektron stilusu əldə etmək mümkündür. Bu stilusun köməyi ilə rəsm çəkə, qeydlər yaza (həmçinin bağlı ekranda belə), şəkilləri redaktə edə, screenshot–lar yarada və ya sözləri tərcümə etmək mümkündür. 64Qb-lıq daxili yaddaş və MicroSD kart ilə 400 Qb-ta qədər artırıla bilən yaddaş sayəsində video və sənədləri saxlamaq üçün yetərincə yer olacaq.
“Sleep” rejimində Galaxy Tab S4 ağıllı ev displeyinə çevrilir. Planşet “yuxuya gedibsə” Daily Board funksiyasının köməyi ilə ekranda sevimli şəkillərin əks etdirilməsini tənzimləyə mümkündür. Həmçinin, planşet təqvim kimi fəaliyyət göstərərək, displeydə hava proqnozu, vaxt və tarix göstərə bilər.
Galaxy Tab S4 məhsul xətti ilə Samsung nəinki texniki xüsusiyyətləri ilə önə çıxan, eyni zamanda da proqram təminatı ilə seçilən cihazlar təqdim etdi. Belə ki, bu seriyanın planşetləri həm incəsənət adamları və ofis işçiləri, həm də kino həvəskarları və uşaqlı ailələrin zövqünü oxşamış olacaq.
Yeni Galaxy Tab S4 planşetləri haqqında əlavə məlumatı Baku Electronics və Irshad Electronics mağazalar şəbəkəsindən əldə etmək mümkündür.
Reklam hüququnda