Azərbaycanın məşhur rəqqasəsi qarət edildi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın məşhur rəqqasəsi qarət edildi - VİDEO

09:44 - 27 / 09 / 2018
Azərbaycanın məşhur rəqqasəsi qarət edildi - VİDEO

Oğru Azərbaycanın məşhur rəqqasəsi Fatimə Fətəliyevanın gözəllik salonunu qarət etməklə onun biznesinə böyük ziyan vurub.

1news.az  xəbər verir ki,  bu barədə Sputnik Azərbaycan-a rəqqasənin işçisi Aytac Bayramzadə deyib. Onun sözlərinə görə, oğurluq hadisəsi səhər saat 5-də baş verib.

"Fatimə Fətəliyeva gözəllik salonuna rəhbərlik edir. Bu cür hallar başımıza az gəlməyib. Biz özümüz işə gələndə və bir çox şeylərin yoxa çıxdığını görəndə şoka düşdük. Yaxşı ki, bizim salonda kamera var və binaya daxil olan oğrunu qeydə alıb" — deyə Bayramzadə bildirib.

Oğru bahalı Apple iPad planşetini, mobil telefonu və bir qədər də pulu (məbləğ açıqlanmayıb) aparıb. Bayramzadənin sözlərinə görə, onlar dərhal Nərimanov rayon Polis İdarəsinə müraciət ediblər.

"Polisdə bizə bildiriblər ki, oğurluq edən şəxs 14-15 yaşlı yeniyetmədir. Biz bu adamı ilk dəfə görmüşük. Hazırda polisdən xəbər gözləyirik. Bu oğrunun ucbatından Fatimə Fətəliyevanın istirahəti də təxirə düşüb. Çünki o, ailəsi ilə birlikdə istirahətə yollanmaq ərəfəsində idi" — Bayramzadə deyib.

Nərimanov rayon Polis İdarəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, hazırda faktla bağlı araşdırma aparılır.

Fatimə Fətəliyeva ölkənin məşhur rəqqasələrindən biridir. O, təkcə Azərbaycanın milli rəqslərini deyil, eləcə də xarici rəqsləri ifa edir. Hazırda Fətəliyeva rəqs məktəbi və gözəllik salonunun sahibidir.

1news.az 

Paylaş:
1168

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər