Ali təhsilli qadın çoban – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ali təhsilli qadın çoban – VİDEO

09:51 - 27 / 09 / 2018
Ali təhsilli qadın çoban – VİDEO

Kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq onun əsas məşğuliyyətidir. Bu qadın yaşının 60-ı keçməsinə baxmayaraq, hələ də at belində çobanlıq edir.

1news.az-ın Xəzər TV-yə istinadla verdiyi xəbərə görə, söhbət Ağcabədi rayonunun Hüsülü kənd sakini Kəklik Əhmədovadan gedir.

Maldarlıqla məşgul olan ailədə doğulan qadın balaca yaşlarından çobanlıq etməyə başlayıb. Hazırda 64 yaşının olmasına baxmayaraq, yenə də at belində mal-qaranın dalınca gedir.

Kəklik Əhmədova təbiətə, zəhmətə bağlı olan ömür yolundan danışıb. O, ailədə 10 uşaqdan biri olub. Qadın olaraq at belində çobanlıq eləməsi çətin də olsa onu bezdirməyib.

O, at belində sürüyə baş çəkir, cavan çobanlara məsləhət və tapşırıqlar verir. Ailəsində at sürən qız uşağı da var.

Kəklik Əhmədova kənd təsərrüfatı sahəsində ali təhsili də alıb.

S.Xankişiyeva

 

Paylaş:
1340

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər