Zaurdan “Toppuş bacı” ilə bağlı: Biz pulu onun xəstəliyinə görə yığmırıq – VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

Zaurdan “Toppuş bacı” ilə bağlı: Biz pulu onun xəstəliyinə görə yığmırıq – VİDEO

12:48 - 27 / 09 / 2018
Zaurdan “Toppuş bacı” ilə bağlı: Biz pulu onun xəstəliyinə görə yığmırıq – VİDEO

ATV-də yayımlanan “Bizimləsən” verilişində maraqlı anlar yaşanıb.

1news.az-ın verdiyi xəbərə görə, teleaparıcı Zaur Baxşəliyev aktrisa Tünzalə Əliyeva haqda açıqlama verib.

O bildirib ki, Tünzalə xəstə olmasaydı belə efirə çıxıb evi üçün pul istəyəcəkdi. O həmçinin deyib ki, Tünzalənin nəyə görə məhz onun verilişinə çıxması da kimlərisə qıcıqlandırıb: "Tünzalənin bura gəlməsi bəzilərini qıcıqlandırıb. Bundan istifadə etmək istəyənlər var. Dəyirman öz işini görər, çaq-çaq baş ağrıdar.

Ancaq biz dəyirman olaraq sona qədər öz işimizi görəcəyik. Tünzalə xərçəng olmasaydı belə yenə də o efirə çıxıb, evi üçün pul istəyəcəkdi. Saytlarda yazılanlar Tünzaləyə pis təsir edib. Burda olanlar yox, sizin qabartdıqlarınız Tünzaləni halbahal edir, etməyin bunu".

Baş onkoloq: “Toppuş bacı” sağalıb, niyə xərçənglə özünü reklam edir?

“Toppuş bacı” yalandan xəbər yayanlara cavab verdi – VİDEO

“Toppuş bacı”nın əri: Allah mənim ömrümdən kəsib sənin ömrünə calasın

Xərçəng xəstəliyilə mübarizə aparan “Toppuş bacı”nın yeni FOTOSU

S.Xankişiyeva

 

Paylaş:
4852

Son xəbərlər

Bütün xəbərlər